Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:21

Ekspertlər Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri barədə nə düşünürlər?


Pakistanlı jurnalist 'Üç qardaş' təlimləri haqda: 'Xüsusi hadisə deyil'
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

Pakistanlı jurnalist 'Üç qardaş' təlimləri haqda: 'Xüsusi hadisə deyil'

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın “Üç qardaş -2021” adlı beynəlxalq təlimi keçirilir

Bakıda Azərbaycan, Türkiyə və Pakistanın “Üç qardaş -2021” adlı beynəlxalq təlimi keçirilir.

Sentyabrın 12-də başlayan təlim 9 gün, ayın 20-ə qədər davam edəcək. İlk dəfədir ki, Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlıları birgə təlim keçirir.

Bakıda Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, bu təlim bölgədə güc nümayişidir, xüsusilə də Azərbaycanı istəməyən qüvvələrə qarşı:

“İndiki hərbi təlimlər də əslində Azərbaycana qarşı təxribatçı siyasət yürütmək istəyən dövlətlərə bir mesajdır, çünki bizim qarşımızda tək Ermənistan deyil, Ermənistana dəstək verən Rusiyada, İranda müəyyən mərkəzlər var, rusiyalı hərbçilərin də Qarabağda təxribatlarının sayı artıb. Üstəlik, hərbçilər bayraq açırlar, Laçın dəhlizində təlimlər keçirlər. Ona görə də ilk dəfə biz də Qarabağda təlimlər keçirdik, bu prosesə indi Pakistan qoşulub, çox böyük güc əmələ gəlib bölgədə, regionda. Əvvəl ancaq Rusiya-Ermənistan hərbi ittifaqı vardı Cənubi Qafqazda, Azərbaycan Türkiyə əməkdaşlığı inkişaf edirdi, indi artıq yeni bir güc mərkəzi yaranıb Cənubi Qafqazda. Hərbi bir güc mərkəzi - Azərbaycan, Türkiyə, Pakistan”.

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, təlimlərdən məqsədi üç ölkənin xüsusi təyinatlılarını birgə məşq etdirmək, onları mühaibə və sülh zamanlarındakı əməliyyatlara hazırlamaq, bilik və təcrübə mübadiləsi aparmaqdır.

Pakistan belə əməkdaşlıqda maraqlıdır

Amma The Wall Street Journal və the Times of London kimi nüfuzlu mətbu orqanlarının Pakistandan olan əməkdaşı Zahid Hussain AzadlıqRadiosuna deyir ki, Pakistan üçün bu, başqa ölkələrlə birlikdə keçirdiyi hərbi təlimlərdən biridir, xüsusi bir hadisə deyil. O deyir ki, Pakistanın məqsədi regional sabitliklə bağlı əməkdaşlıqda iştirak etməkdir:

“Azərbaycan və Pakistan müxtəlif sahələrdə əməkdaşdırlar və indi onların regional sabitliklə bağlı maraqları var. Xüsusilə Əfqanıstan məsələsində bu iki ölkə əməkdaşlıq etdilər. Çünki Əfqanıstanla bağlı nə baş versə, hər iki ölkəyə təsiri olacaq. Pakistan region ölkələri ilə yaxşı diplomatik əlaqələrdə maraqlıdır, həm də təhlükəsizliklə bağlı əməkdaşlıqda. Odur ki, Pakistanın belə təlimdə iştirak etməsi, onun regionda nüfuzunu artırmaq istəyindən irəli gəlmir. Bu üç ölkənin təhlükəsizliklə bağlı ortaq maraqları var.

Bakıda yerləşən başqa bir analitik mərkəz-Topçubaşov Mərkəzinin analitiki Rusif Hüseynov bu ilin martında yazırdı ki, müharibədən sonra üçtərəfli əməkdaşlıq platformaları yaratmaq Azərbaycanın balanslı siyasətinin tərkib hissədir - məqsəd özünün asılılığını azaltmaq, alternativlər yaratmaqdır. Müəllif bu sıraya, Türkiyə-Gürcüstan-Azərbaycan, Azərbaycan-Türkiyə-İsrail kimi platformaları aid edir.

Azərbaycan 44 günlük atəşkəs bəyannaməsindən sonra da regional hərbi təlimləri davam etdirir. Hazırda Türkiyənin Konya şəhərində Turkiyə ilə birlikdə Turan şahini 2021 taktiki uçuş təlimləri də keçirilir.

XS
SM
MD
LG