Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:35

Erməni ekspert: 'Qarabağ müharibəsi vaxtı ən böyük yardım İrandan gəlirdi'


"Bizdən 330 dollar istəyirlər" - Azərbaycan postunda saxlanan iranlı sürücülər
Gözlə

No media source currently available

0:00 0:14:50 0:00

"Bizdən 330 dollar istəyirlər" - Azərbaycan postunda saxlanan iranlı sürücülər

Azərbaycan qüvvələri keçmiş sovet xəritələrinə görə yolun Azərbaycana düşən 21 kilometrlik sektorunun müxtəlif hissələrində yerləşdiriliblər

Ermənistan ekspertləri xəbərdarlıq edirlər ki, M2 nömrəli dövlətlərarası Gorus-Qafan yolununun Azərbaycanın nəzarətində olan hissəsində yaranmış vəziyyət Ermənistan üçün çox ciddi logistik problemlər yaradır.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, bir neçə gün bundan əvvəl Azərbaycan silahlı qüvvələri əvvəllər azərbaycanlıların yaşadıqları Eyvazlı kəndinin yaxınlığında post quraraq İran yük maşınlarını dayandırır və yoxlayırlar.

Bundan bir neçə həftə əvvəl isə Azərbaycan silahlı qüvvələri Gorus-Qafan magistralının iki hissəsində yolu bağlamışdı.

Azərbaycan qüvvələri keçmiş sovet xəritələrinə görə yolun Azərbaycana düşən 21 kilometrlik sektorunun müxtəlif hissələrində yerləşdiriliblər.

Azatutyun yazır ki, sovet dövrünün xəritələrinə görə sözü gedən ərazi Azərbaycanın Zəngilan və Qubadlı rayonlarına aiddir.

Ermənistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun əməkdaşı Armen Manvelyan bildirib ki, Ermənistanın həmişə ciddi logistik problemləri olub.

Ekspertin sözlərinə görə Birinci Qarabağ Müharibəsindən sonra Gorus-Qafan yolu Ermənistanın ən mühüm yollarından birinə çevrilmişdi:

“Bu yola nəzarət çox mühüm idi, çünki Ermənistan tam blokadada olanda, birinci Artsax (Qarabağ-red) müharibəsi vaxtı ən böyük kömək məhz İrandan gəlirdi”.

Ermənistan böyük pullar itirir

Manvelyan vurğulayıb ki, İranla əlaqə Ermənistan üçün enerji təhlükəsizliyi baxımından mühümdür.

Ekspert qeyd edib ki, Ermənistanı İranla elektrik şəbəkələri birləşdirir. Onun sözlərinə görə, bir vaxtlar bura dəmir yolunun çəkilməsindən danışırdılar, amma indi bütün bunlar təhlükə altındadır:

“Hər il İran-Ermənistan sərhədini 25 min avtomobil keçir. Bu bizə həm də maliyyə baxımından əlverişlidir, çünki onlar bizə kifayət qədər böyük pullar ödəyirlər. Bu, böyük məbləğdə gəlir gətirir. İndi biz bütün bunlarla, böyük pullarla, bu vasitələrlə əlaqəmizi itirimişik”.

Armen Manvelyan bildiririr ki, Azərbaycanın bir məqsədi də bu maliyyə axınını öz ərazisinə yönəltməkdir.

Ekspertin firkincə, bu məsələyə ilk növbədə Bakının tez-tez səsləndirdiyi “Zəngəzur dəhlizi” kontekstindən baxmaq lazımdır:

“Erməni tərəfi bəyan edir ki, bu dəhliz yox, xüsusi statusu olan yoldur. Amma necə adlandırsaq da mahiyyət dəyişmir. Əgər sən öz ərazindən nəzarətin olmayan yol verirsənsə, deməli sənin suverenliklə bağlı problemin var. Yəni sənin suverenliyinin səviyyəsi düşür”.

İran səfirliyinin reaksiyası

Azatutyunun yazdığına görə bir neçə gündür davam edən vəziyyətə İranın Ermənistandakı səfirliyi də reaksiya verib.

Civilnet saytına İran səfirliyindən bildiriblər ki, Tehran son aylarda bu regionda hadisələrin inkişafını diqqətlə izləyir.

Səfirlik vurğulayıb ki, söhbət həm də sentaybrın 12-dən İrandan Ermənistana gələn İran avtomobillərindən pul alınmasından gedir:

“İran qonşu ölkələrlə, o cümlədən Ermənistanla ticarəti sadələşdirən müxtəlif vasitələrdən istifadə edəcək. Bu məsələnin həlli gündəliyində bizim Ermənistanla dost münasibətlərimizin inkişafı, yoldakı problem və manelərin aradan qaldırılması dayanır”.

Səfirliyin bəyanatında deyilir ki, İranın bu regionda başlıca marağı bütün qonşu ölkələrlə sabit və yaxşı münasibətlərdir.

Azatutyun yazır ki, Gorus-Qafan yolunda daimi olaraq problemlərin yaşandığı bir vaxtda Ermənistan hökuməti alternativ avtomobil yolunun təmirindən söz açır.

Tatevdən keçən 68 kilometrlik bu yol Gorusdan yan ötməklə Qafana çatır.

Lakin bu yol hələ tam təmir edilməyib və onun çınqıllı hissəsi var.

Azatutyunun sorğusuna cavab olaraq Ərazi İdarəetmə Nazirliyindən bildiriblər ki, bu yolun 6 kilometrlik çınqıllı hissəsindən keçmək qoşqulu yük maşınları üçün problem yaradır.

Alternativ yolun alternativi yoxdur

Azatutyun yazır ki, Ermənistanın İranla ticarət dövriyyəsi böyükdür. Qonşu ölkədən Ermənistana qaz, neft və neft məhsulları, gübrələr, tikinti materialları ixrac edilir. Ermənistan isə İrana elektrik, ət və meşə materialları satır.

İqtisadçı Suren Parsayanın sözlərinə görə Ermənistanın qonşu ölkə ilə ticarət mübadiləsi ilə 400 milyon dollar təşkil edir:

“Bu dövriyyənin 18 faizini əslində yollarla bağlı olmayan təbii qaz təşkil edir. Amma qalan malların dövriyyəsi avtomobil yollarından birbaşa asılıdır. Və əgər bu yol fasiləsiz olaraq işləməsə malların 80 faizi Ermənistana ya çatmayacaq, ya da böyük gecikmə və əlavə xərclərlə çatacaq”.

İqtisadçı qeyd edir ki, İrandan Ermənistana habelə Asiyadan gələn mallar daşınır. Parsayanın sözlərinə görə, məhz bu səbəbdən yeni yolun çəkilməsinin alternativi yoxdur.

“Məsələn, Sisian-Aqarak yolunun tikilməsi yeganə və uzunmüddətli alternativ ola bilər. Bu yol Sünikin içərilərindən keçər və şübhəli, həm də təhlükəli situasiyalardan uzaq olardı”.

Hökumət Tatevdən keçən alternativ yolun tikintisinin ilin sonunadək başa çatacağını bildirir.

XS
SM
MD
LG