Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 10:56

İtaliyada 23 milyon işçidən vaksin pasportu tələb olunacaq


İtaliyada məktəblər açılır
İtaliyada məktəblər açılır

Dünyada əhali sayına görə birinci olan Çində 1 milyarddan çox insanın tam peyvənd olunduğu bildirilir

İtaliya bütün özəl və dövlət sektoru işçilərindən tələb edir ki, ya koronavirusla bağlı sağlamlıq pasportu göstərsinlər, ya da işdən ödənişsiz müvəqqəti kənarlaşdırıla bilərlər.

Hökumətin sentyabrın 16-da verdiyi açıqlama ilə İtaliya Avropada belə bir sərt tələb qoyan ilk ölkəyə çevrilib.

Oktyabrın 15-dən qüvvəyə minəcək qaydaya görə, işçilər ya peyvənd olunmaları, ya neqativ test nəticəsi, ya da yoluxmadan sağalma haqda sənəd göstərməlidirlər. Qaydalara əməl etməyən işçi və işəgötürənlər cərimələnəcək.

63 faiz peyvəndlənib

Hökumət işçilərin işdən çıxarılmayacağını, müvəqqəti kənarlaşdırılacağını bildirib.

Dövlət Administrasiyası naziri Renato Brunetta deyib ki, yeni qaydaların ölkənin 23 milyonluq işçi qüvvəsini payızadək vaksinlənməyə vadar edəcəyinə ümid edir.

İtaliya əhalisinin 68 faizə yaxını tam peyvəndlənib ki, bu da AB-nin digər üzvlərinin çoxu ilə eynidir.

Ölkənin səhiyyə fondu olan Gimbe-nin hesabatına görə, hazırda xəstəxanada yatan, yaxud vəfat edən COVID-19 xəstələrinin çoxu peyvənd olunmayanlardır.

İtaliya artıq Avropanın bəzi digər ölkələri kimi muzeylərə, idman zallarına, restoranlarda qapalı məkanlara giriş üçün “yaşıl pasport” tələb edir.

Rumıniya, Çin

Rumıniya da bizneslər və tədbirlər üçün məcburi sağlamlıq sertifikatı tələb edəcəyini açıqlayıb.

Hakimiyyətin sentyabrın 16-da bildirməsinə görə, bir ərazidə hər min sakinə düşən yoluxma sayı 14 gün ərzində 3-ü keçərsə, adamlar qonaqlıqlara, özəl tədbirlərə və idman məkanlarına girişdən ötrü yaşıl sertifikat təqdim etməlidirlər.

19 milyon əhalisi olan Rumıniya Avropa Birliyində vaksinasiyaya görə ən aşağı yerdədir, əhalinin cəmi 27 faizi peyvəndlənib.

Dünyada əhali sayına görə birinci olan Çində isə artıq 1 milyarddan çox insanın tam peyvənd olunduğu bildirilir. Bu, 1.4 milyardlıq əhalinin 72 faizi deməkdir.

Çin sərt məhdudiyyətlər və kütləvi testlərlə koronavirusun yayılmasını əsasən önləyə bilib.

Buster dozalar

Britaniya isə 50 yaşdan yuxarı və xüsusi tibbi vəziyyətdə olan 16-49 yaşlılara buster dozaların vurulacağını açıqlayıb. Bu, ikinci dozadan azı altı ay sonra 30 milyonadək insana üçüncü dozanın vurulacağı deməkdir. Britaniyada yetkin yaşlıların 81 faizindən çoxuna hər iki doza vaksin vurulub.

İspaniyada qocalar evləri sakinlərinə və digər həssas qruplara COVID-19-a qarşı üçüncü doza vaksinin vurulmasına başlanıb.

Birləşmiş Ştatların müstəqil məşvərətçi qurumu isə sentyabrın 17-də bir araya gələcək, Pfizer vaksininin üçüncü dozasıyla bağlı tövsiyəsini verəcək.

XS
SM
MD
LG