Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:53

Qərbli ekspert: ‘Bu hər iki ölkə üçün reputasiya baxımından ciddi hadisədir’


Ermənistan Azərbaycanı məhkəməyə verib, Azərbaycanın addımı nə olacaq?
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

Ermənistan Azərbaycanı məhkəməyə verib, Azərbaycanın addımı nə olacaq?

Ermənistan Azərbaycanı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə verib, Azərbaycan tərəfi də bildirib ki, eyni addımı atacaq

Ermənistan Azərbaycanı Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinə verib, Azərbaycan tərəfi də bildirib ki, eyni addımı atacaq.

Tərəflər bir-birini irqi ayrıseçkilikdə ittiham edirlər - daha dəqiqi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın - ICERD-nin pozmaqda ittiham edirlər.

Bu məhkəmə iddialarının perspektivi varmı, yoxsa bunlar sadəcə təbliğati addımlardır.

Norveç Helsinki Komitəsinin şöbə müdiri, beynəlxalq hüquq üzrə mütəxəssis Qunnar Ekelöf Slaydel deyir ki, belə bir məhkəmənin qərarları tərəflərin beynəlxalq nüfuzu baxımdan mühümdür:

“Bu məhkəməni udmaq asan deyil. Çünki yalnız sözdə iddia kifayət etməyəcək və bura sübutlar təqdim etmək lazım gələcək. Bundan başqa bu cür məhkəmələr üzərinə beynəlxalq ictimaiyyətin diqqətini cəmləyən məhkəmələr olur. Yəqin ki, beynəxalq media da Azərbaycan - Ermənistan çəkişməsini diqqətdə saxlayacaq. Hər iki ölkə üçün bu, reputasiya baxımından ciddi bir hadisədir”.

AzadlıqRadiosunun Erməni xidməti yazdığına görə, Ermənistan tərəfinin iddiasında deyilir ki, Azərbaycan dövlətinin apardığı antierməni siyasəti nəticəsində ermənilər sistematik olaraq diskriminasiya ilə üzləşiblər, kütləvi qırğına və digər aşağılayıcı rəftara məruz qalıblar.

İddiaya görə, Azərbaycan tərəfi ermənilərə qarşı aqressiyanı 10 noyabr atəşkəs bəyanatından sonra da davam etdirib.

“Azərbaycan erməni əsirləri, girovları və digər saxlanılan şəxsləri öldürüb, işgəncə verib, başqa vasitələrlə aşağılamaqda davam edib və Konvensiyanın müddəalarını pozub. Yerevanın Bakını bu pozuntulardan çəkindirmək cəhdləri faydasız olub”.

Azərbaycanın əks-iddiası

Bu iddianın ardından, bu gün, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva jurnalistlərə deyib ki, yaxın günlərdə Azərbaycan irqi ayrıseçkiliyin bütün formalarını ləğvi haqqında Beynəlxalq Konvensiyanın sistematik şəkildə pozmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün beynəlxalq məhkəməyə müraciət edəcək.

Leyla Əliyeva deyib ki, azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib:

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir. Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir”.

“Mən hansısa yüksək təzminatın kəsilməsini gözləmirəm”

Helsinki Komissiyasının hüquqşünası Qunnar Ekelöf deyir ki, bu cür məhkəmələr bəzən illərlə çəkə bilir, Onun sözlərinə görə, bütün hallarda iddiaların beynəlxalq məhkəməyə çıxarılması və ekspertlərin rəyinə təqdim olunması yaxşı haldır:

“Ermənistanın iddia ərizəsində iki məqam var. Biri keçid dövrü üçün təminatın verilməsidir. Yəni ola bilər ki, məhkəmə tez bir zamanda qərar çıxartsın ki, ermənilərin etnik ayrıseçkilikdən, zorakılıqdan qorunması, təhlükəsizliyinin təminatı üçün Azərbaycan müəyyən tədbirlər görməlidir. Bu, əsirlərə də aiddir. Belə görünür ki, Ermənistanın elə əsas motivasiyalarından biri də buna nail olmaqdır. Daha sonra məhkəmə ola bilsin ki, hər iki tərəfi dəvət etsin və hər iki tərəfin icrası üçün nəzərdə tutulan qərar versin. Mən hansısa yüksək təzminatın kəsilməsini gözləmirəm, qərarlar bu səviyyədə ola bilər. Yəni iddialar doğrudursa və diskriminasiya varsa, məhkəmə deyəcək ki, bunu dayandırın”.

Azərbaycan və Ermənistan arasında hərbi münaqişə 80-ci illərin sonunda erməni qüvvələrinin Azərbaycana ərazi iddiası ilə başlayıb. Keçən il 44 günlük müharibədə Azərbaycan 90-cı illərdə itirdiyi torpaqların çox hissəsini geri qaytarıb. Ermənilərin yaşadığı ərazilərə Rusiya sülhməramlıları nəzarət edir.

XS
SM
MD
LG