Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:37

Taliban hökuməti genişləndirir, yenə qadınlarsız


Zabihulla Mücahid
Zabihulla Mücahid

Mücahid qadınların gələcəkdə hökumətə salına biləcəyini qeyd edib

Talibanın başçılıq etdiyi hökumət aralıq kabinetini genişləndirib, yalnız kişilərdən ibarət nazir müavinlərinin siyahısını açıqlayıb. Beynəlxalq ictimaiyyət isə sərt xətt tərəfdarı olan islamçı qrupu qadınların hökumətdə təmsilçiliyi ilə bağlı ilkin vədlərinə əməl etmədiyinə görə tənqid edir.

Əfqan qadınlar etiraz edir - Taliban Qadın nazirliyini ləğv etdi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Etnik təmsilçilik

Sözçü Zabihulla Mücahid sentyabrın 21-də Kabildə mətbuat konfransında nazir müavinləri və agentlik başçılarının siyahısını təqdim edib. İki veteran döyüş komandiri müdafiə və daxili işlər nazirlərinin müavinləri təyin olunublar. Nazirlərin əksəriyyəti də sərt xətt tərəfdarı talibançılardır.

Yeni təyin olunmuş Molla Əbdül Qəyyum ZakirSədr İbrahimin adları BMT hesabatlarında keçirdi, onların Taliban rəhbərliyinə təzyiq göstərərək Kabildə Qərbin dəstəklədiyi hökumətə qarşı müharibəni gücləndirməyə çalışdıqları deyilirdi.

Mücahid isə son təyinatların kabinetdə etnik təmsilçiliyi artırdığını deyib.



BMT: Əfqanıstan kütləvi yoxsuluğun astanasındadır
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Tanınmanın gecikdirilməsinə "əsas yoxdur"

Sözçü qadınların gələcəkdə hökumətə salına biləcəyini qeyd edib. Ancaq bu açıqlama Talibanın 1996-2001-ci illərdəki repressiv idarəçiliyi qayıda biləcəyi sarıdan qorxuları azaltmayıb.

Taliban mötədil siyasət və hüquqlara sayqı vəd etsə də, hökumətin əsasən kişilərdən və etnik paştunlardan formalaşdırılması ilə bu vədinin əksinə çıxdı.

Beynəlxalq ictimaiyyət isə qruplaşmanın hərəkətlərinə qiymət verəcəyini, Talibanın başçılıq etdiyi hökumətin tanınmasının qadınlar və azlıqlarla rəftardan asılı olacağını bildirib.

Mücahid isə tanınmanın gecikdirilməsinə səbəb görmür.

“Avropa, Asiya və İslam ölkələrinin bizimlə diplomatik münasibətlər qurmalarından ötrü BMT hökumətimizi tanımalıdır”, – o deyib.

Qərar verilə bilər

Ötən həftə hökumət qızların orta məktəbə qayıtmasını qadağan edib. Mücahid bu qərarın müvəqqəti olduğunu deyib.

“Tezliklə elan ediləcək ki, onlar məktəbə gedə bilərlər”, – sözçü deyib.

Taliban ötən ay qadın tələbələrin kişilərdən ayrı təhsil almasına icazə verib, bir şərtlə ki, bütün bədəni örtən niqab geyinsinlər.

Taliban 1990-cı illərin sonunda hakimiyyətdə olanda qadınların işə və dərsə getməsinə icazə verilmirdi.

Əfqanıstanın gələcəyi BMT Baş Assambleyasının sentyabrın 21-də Nyu Yorkda başlanan iclasında müzakirəyə çıxarılacaq məsələlər sırasındadır.

XS
SM
MD
LG