Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:32

Türkmənistanın vətəndaş cəmiyyəti DST-dən imdad diləyir


Hökumət ölkədə koronavirusun olmasını inkar etsə də adamlardan maska taxmaq tələb olunur
Hökumət ölkədə koronavirusun olmasını inkar etsə də adamlardan maska taxmaq tələb olunur

Məktubda DST-dən ölkə hakimiyyətinin COVID-19-la bağlı bioloji materialların ekspertizasına dair öhdəliyini yerinə yetirməsinə nail olmaq rica edilir

Türkmənistanın vətəndaş cəmiyyəti Dünya Səhiyyə Təşkilatına (DST) müraciət edərək ondan ölkə hakimiyyətinin Türkmənistanda COVID-19 epidemiyasının olmasını etiraf etməsinə nail olmağı rica edib.

Məktub müəllifləri bildirirlər ki, Türkmənistan hökuməti “ölkədə COVID-19-un olmasını inkar edir və xəstəliyin və ölüm hallarının miqyasını gizlədir”.

Məktubda deyilir ki, ölkə xəstəxanaları doludur, amma əksər adamların stasionar müalicə üçün pulu yoxdur:

"Biz COVID-19-un bütün simptomlarına malik olan və bu səbəbdən öldüyü güman edilən onlarca insanın adlarını bilirik. Biz əminik ki, COVID-19-dan ölənlərin sayı çoxdur. Lakin ölüm səbəbinin koronavirus yoluxması olduğunu təsdiq etdirmək çətindir, beləki ölənlərin qohumları və tibb işçiləri bu informasiyanı paylaşmaqdan çəkinirlər”.

Məktub müəllifləri əmin olduqlarını bildirirlər ki, Türkmənistanda informasiyanın əldə olunmasına qoyulan qadağan vətəndaşların xəstəlik təhlükəsindən məlumatsız olması ilə nəticələnib.

Xəstəxanalar doludur

Məktubda DST-dən ölkə hakimiyyətinin COVID-19-la bağlı bioloji materialların ekspertizasına dair öhdəliyini yerinə yetirməsinə nail olmaq rica edilir.

Qeyd olunur ki, bu, Türkmənistan hökumətinin ölkədə koronavirus pandemiyasının olmasını etiraf etməsinə yol açardı.

AzadlıqRadiosu Türkmən xidmətinin müxbirləri xəbər verirlər ki, paytaxt Aşqabadda xəstəxanalar doludur, lakin koronavirus simptomu ilə müraciət edənləri xəstəxanaya qəbul etmirlər.

Türkmən xidmətinin əlində Niyazov adına xəstəxananın həyətində oturub gözləyən yüzlərlə insanın fotoları var.

Bu da xəbər verilir ki, son bir ay ərzində müxtəlif bölgələrdə bütöv yaşayış məntəqələrinə giriş-çıxış bağlanıb.

Berdımuxammedovun komaya düşdüyü xəbəri yayılıb

Sentyabrın 21-də Türkmənistanın bəzi mediaları prezident Qurbanqulı Berdımuxammedovun komaya düşdüyünü xəbər veriblər.

Lakin Türkmənistanın Moskvadakı səfirliyi bu xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Türkmənistan hakimiyyəti ölkədə koronavirus epidemiyasının olmasını inadla inkar edir.

Lakin müstəqil kütləvi-informasiya vasitələri koronavirus yoluxmasından çox sayda insanın vəfat etdiyini xəbər verirlər.

Bu da qeyd olunur ki, Türkmənistanda pandemiya ilə bağlı ciddi məhdudiyyətlər qoyulub və adamlardan maska taxmaları tələb olunur.

Amma hakimiyyət bunu “Aral dənizindən gələn zəhərli toza” qarşı tədbir kimi qələmə verir.

Xəbər verilir ki, hakimiyyətin xəstəliyi inkar etməsinə baxmayaraq Türkmənistanda COVID testləri keçirilir, amma müsbət nəticəli arayışları adamlara vermirlər.

XS
SM
MD
LG