Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:13

Azərbaycan və Ermənistan nazirləri həmsədrlərin iştirakı ilə görüşüblər 


Azərbaycan Xarici İşlər Nazirliyinin binası
Azərbaycan Xarici İşlər Nazirliyinin binası

Azərbaycan Xarici İİşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri Endryu Şafer (ABŞ), Stefan Viskonti (ABŞ), İqor Xovayev (Rusiya) və onların iştirakı ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Bu barədə sentyabrın 25-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN)
məlumat yayıb.

Məlumata görə, görüş Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında germəkləşib:

“Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.”

Açıqlamaya görə, Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi ( bu rəsmi məlumatda konkret qeyd edilmir) qarşı tərəfin diqqətinə çatdırılıb.
ATƏT-in Minsk qrupu uzun illər Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi tərəf olub.ABŞ, Rusiya və Fransa qurumda həmsədrlərdir.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Nyu-York şəhərində keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyası sentyabrın 14-də başlayıb. Sessiya sentyabrın 27-də başa çatmalıdır.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG