Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:22

AB üzvləri bəzi ölkələr üçün vizasız səyahəti məhdudlaşdıra bilər


Arxiv fotosu
Arxiv fotosu

Belçika bu il Moldovadan sığınacaq üçün müraciətlərin “narahatedici şəkildə artdığını”, Çexiya Respublikası isə bunun Gürcüstan, Moldova və Ukrayna vətəndaşları ilə bağlı baş verdiyini qeyd edir

Avropa Birliyinin (AB) Almaniya və Fransa kimi üzvləri bəzi ölkələr üçün bloka vizasız səyahət rejimini məhdudlaşdıra bilər. AB-nin daxili sənədində buna bəzi qərbi Balkan ölkələrinin, eləcə də Moldova, Gürcüstan və Ukrayna vətəndaşları tərəfindən sui-istifadənin səbəb olduğu bildirilir.

Sui-istifadə halları kimi qanunsuz rezidentlik, əsassız sığınacaq iddiaları göstərilir.

27 sentyabr tarixli sənəd Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Qərbi Balkanlara səfərilə eyni vaxtda yayılıb.

Vacib addım idi, amma...

AB Monteneqro, Serbiya və Şimali Makedoniya üçün viza rejimini 2009-cu ilin dekabrında, Albaniya və Bosniya üçün 2010-cu ildə, Gürcüstan və Ukrayna üçün 2017-ci ildə ləğv edib.

AB-yə 90 günlük vizasız səyahət blokun Şərq Tərəfdaşlığı çərçivəsində sözügedən ölkələrlə əməkdaşlığında vacib addım sayılırdı.

Ancaq sənəddən belə çıxır ki, Almaniya, Fransa və İtaliya vizasız səyahət rejiminin pozulması iddialarından getdikcə daha çox məyus olurlar.

Albaniya, Moldova, Ukrayna, Albaniya və Serbiya vətəndaşlarının “qanunsuz yaşayış qaydalarının pozulması” hallarında artım olduğu bildirilir.

50 faiz artım olarsa...

Sənədə görə, son üç ayda gürcüstanlıların sığınacaq üçün müraciətləri 50 faizdən çox artıb. Bu, 2019-cu il, pandemiyadan öncəki dövrlə müqayisədə belədir.

Vizanın Təxirə Salınması Mexanizminə görə, qanunsuz qalma, yaxud sığınacaq üçün müraciətlər 50 faizdən çox artarsa və bunların az qismi təsdiqlənərsə, viza rejimin yenidən tətbiq oluna bilər.

Bundan başqa, hökumətlərin öz vətəndaşlarının readmissiyasından imtinası da viza rejimini bərpa edə bilər.

Moldova

Sənəddə Almaniya Moldovanı xüsusi ciddi hal kimi qeyd edir. 2019-cu ilin iyun-avqust ayları ilə müqayisədə bu ilin iyun-avqustunda 429 faizlik artım qeydə alınıb.

İtaliya da Moldovadan ayrıca danışır, “qonşu ölkələr” vasitəsilə fəaliyyət göstərən insan alveri şəbəkələrinin vizasız səyahət rejimindən sui-istifadə etdiyini, “yetərincə proqres olmasa” Moldova ilə vizasız rejimin ləğvinin mümkünlüyünü artdığı vurğulanır.

Fransa isə Albaniya, Gürcüstan və Serbiya vətəndaşlarının yaratdığı problemlərə toxunur.

Belçika və Çexiyanın narahatlığı

Belçika bu il Moldovadan sığınacaq üçün müraciətlərin “narahatedici şəkildə artdığını”, Çexiya Respublikası isə bunun Gürcüstan, Moldova və Ukrayna vətəndaşları ilə bağlı baş verdiyini qeyd edir.

Niderland AB-nin yeganə üzvüdür ki, 2019-cu ildə Albaniya ilə vizasız rejimin ləğvini istəyib. Ancaq bu xahiş Avropa Komissiyası tərəfindən rədd edilib.

Von Der Leyen sentyabrın 29-da Kosovo, Monteneqro və Serbiyaya səfər edəcək. O, bir gün öncə Albaniya və Şimali Makedoniyada olub, sentyabrın 30-da isə Bosniya və Herseqovinaya gedəcək.

Oktyabrın 6-da AB Qərbi Balkan ölkələri ilə sammit keçirməlidir.

XS
SM
MD
LG