Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:54

Qarabağ erməniləri ilə bağlı dövlət sənədi hazırlanır


Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşaması proqramı hazırlanır
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Prezidentin sərəncamı gözlənilir: Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşaması proqramı hazırlanır

Bu haqda AzadlıqRadiosuna Milli Məclisin İnsan haqları komitəsinin sədri, hakimiyyətyönlü deputat Zahid Oruc məlumat verib.

Azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün dövlət sənədi üzərində iş gedir, bu işə hakimiyyət rəsmiləri, Bakıdan və xaricdən analitiklər cəlb olunub. Sənədin sonda imzalanması isə prezident İlham Əliyevin səlahiyyətindədir.

Bu haqda AzadlıqRadiosuna, Milli Məclisin İnsan Haqları Komitəsinin sədri, hakimiyyətyönlü deputat Zahid Oruc məlumat verib.

O deyib ki, 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənən dövlət sənədi də həmin bəyanat əsasında hazırlanır:

“Amma bütün bunları hamısı- ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsi və birgəyaşayışın üzərində məsələ, inteqrasiya və birgəyaşayış kimi nəzərdə tutulub. Yəni, son olaraq dövlətin siyasi sənədi kimi ölkə rəhbərliyi tərəfindən imzalanacaq sənədin adı fərqli ola bilər, amma hazırkı dövr konseptual sənəd dediyimiz səpgidə işlənib və bir çox peşəkar mütəxəssislər ora cəlb olunub”.

Azərbaycan tərəfi ermənilərin inteqrasiyasını planlaşdırsa da, reallıqda hələ ki, ermənilərin yaşadığı ərazilərə nəzarət etmir, Qarabağın dağlıq rayonları Şuşa və Hadrut qəsəbəsi xaric müharibədən sonra gəlmiş rusiya sülhməramlılarının nəzarətindədir.

Bakıda yeni proqram. Ermənilərə Azərbaycan pasportu veriləcək?
Gözlə

No media source currently available

0:00 0:03:58 0:00

“Qarabağ erməniləri Azərbaycana etibar etmirlər”

Yerevanda Regional Araşdırmalar İnstitutunun rəhbəri Riçard Giraqosyan isə AzadlıqRadiosuna deyib ki, indidən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasından danışmaq tezdir. O deyir ki, erməni icmasının Azərbaycan tərəfə ciddi inamsızlığı var:

“Müharibədən ötən bir ildə həmin ermənilər daha çox narahatdırlar, nəinki Ermənistandakı ermənilər. Onlar öz təhlükəsizliklərinin təminatını heç Ermənistanda da yox, Rusiyada axtarırlar. Qarabağ erməniləri qeyri-müəyyənlik içindədirlər və özlərini təhlükədə hiss edirlər. Onlar Azərbaycanın heç bir vədinə və təklifinə inanmırlar. Odur ki, Qarabağdakı erməniləri Rusiyanın onları Azərbaycandan qoruyacağına inanırlar. Heç Ermənistan Respublikasından belə gözləntiləri yoxdur”.

Deputat Zahid Oruc isə deyir ki, Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalıb-qalmadağını demək çətindir. O ümid edir ki, ötən bir ildə münasibətlərdə dəyişiklik var.

Başkənddən reportaj: 'Bu torpaq qaytarılsa, Gədəbəydə onlarla kənd çörəksiz qalacaq'
Gözlə

No media source currently available

0:00 0:04:55 0:00

33 il əvvəl

Hərçənd ki, bu ilin fevralında, müharibədən bir neçə ay sonra Qarabağdakı ermənilər, 33 il əvvəl Qarabağda separatçılığın əsasını qoyan qərarın qəbulunun ildönümünü qeyd ediblər.

Həmin vaxt Azərbaycan SSR DQMV-nın (Dağlıq Qarabağ Muxtar Vilayəti) xalq deputatları sovetinin erməniəsilli deputatları növbədənkənar sessiya çağırıb, vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında təklifin leyhinə səs verib.

Zahid Oruc isə hesab edir ki, ordakı rejimin separatçılıq cəhdlərinin davam etməsinin qarşısını almaq mümkün olacaq.

“Bunlar əlbəttə ki, Azərbaycan Konstitusiyasına ziddir. Ancaq bunu Azərbaycan tankla, topla, dronlarla deyil, sırf siyasi vasitələrlə həll edəcək. Beynəlxalq hüquqda hər məsələ güclə həll olunmur. Qarabağda Azərbaycana düşmən olan, niftət edən, Konstitusiyasını tanımayan erməni yaşamayacaq. Və ya yaşadığı təqdirdə qanunla qarşısında cavab verəcəkdir. ”

Azərbaycanla Ermənistan arasında keçən il 44 günlük müharibədə Azərbaycan 90-cı illərin əvvəlində itirdiyi torpaqların çoxunu geri qaytarıb. Tərəflər atəşkəs bəyanatı imzalasa da, Qarabağ ermənilərinin statusu, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, Naxçıvana kommunikasiya xətlərinin açılması kimi məsələlər açıq qalır.

XS
SM
MD
LG