Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:29

35 min kitab tutan konteynerin qiyməti 25 min dollara qalxanda...


Konteynerlər
Konteynerlər

"The New York Times" yazır ki, dünya təchizat zəncirindəki pozuntular kitab çapı və satışına da təsir etməyə başlayıb. Nəşriyyat və kitab dükanları üçün ilin ən mühüm mövsümü sayılan bayramlar yaxınlaşır. Ancaq nəşriyyatlar bəzi kitabların satışa çıxma tarixlərini təxirə salmalı olurlar. Bu, təkcə yeni yox, köhnə kitablara da aiddir.

2 min 500 dollardan 25 min dollara

Məqalədə deyilir ki, kitabın çapı və müştəriyə gəlib çatması üçün, əsasən, iki fərqli təchizat zənciri var. Hər iki yolun hər addımında problem yaşanır.

Çoxlu rəng tələb edən, məsələn, şəkilli kitablar çox zaman Asiyada çap olunur. Ancaq karqonu ABŞ-a daşımaq işgəncəyə çevrilib.

Daşıma konteynerlərinin azlığı qiymətin artmasına səbəb olub. Nəşriyyat işi ilə məşğul olanlar deyirlər ki, təqribən 35 min kitab tutan konteyner onlara əvvəl 2 min 500 dollara başa gəlirdisə, indi onun qiyməti 25 min dollara çata bilir.

73 gəmi növbədə

Kitabların konteynerə daxil olmasından sonra onu daşıyan gəmi limana yan almaq üçün növbəyə durmalıdır. Ötən ay Los-Anceles və Lonq-Biç limanları yaxınlığında rekord sayda - 73 gəmi növbə gözləyirdi.

İşçi qıtlığı da anbarlarda və paylama mərkəzlərində işi yavaşıdır. Şirkətlər daha çox işçi cəlb etmək üçün maaşları qaldırırlar. Ancaq bazarda bunu edən çox sayda başqa rəqib şirkət var.

Virus əməkdaşların işdə saxlanması ilə bağlı problemləri daha da kəskinləşdirib. İşçilərin bəziləri xəstələnir, digərləri isə karantində qalmalı olur. Bəzi kitab distribüşn mərkəzlərində vaksinasiya səviyyəsinin aşağı olduğu bildirilir.

Bu problemlər bir-biri ilə bağlıdır və bir-birini ağırlaşdırır. Hələlik, kitab biznesinin üzləşdiyi bu problemlərin həlli tapılmır.

XS
SM
MD
LG