Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:26

Yenidən distant tədrisə keçilsin, keçilməsin...


Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

Dərslər başladı. COVID-19 valideynləri qorxudurmu?

Sentyabrın 29-dan indiyə qədər Azərbaycanda 344 sinif və doqquz orta məktəb koronavirusa görə distant təhsilə keçib. Həmçinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Tibb Universitetində, Bakı Dövlət Universitetində və Azərbaycan Texniki Universitetində bir neçə qrup distant tədris formasına qayıdıb.

Azərbaycanda bu il ali və orta məktəblərin yuxarı siniflərində dərslər sentyabrın 29-dan başlayıb. İbtidai siniflərdə isə yeni tədris ili sentyabrın 22-də (vaxtından bir həftə gec) start götürmüşdü. Əslində, 2020-ci ilin martından Azərbaycanda dərslər qarışıq sistemlə keçirilir.

Yarı-yarımçıq onlayn dərslər: Valideynlər məcbur olub repetitor tutur
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

İndi bəzi valideynlərin iddiasına görə, dərslərə qrip əlamətləri ilə gələn uşaqlar, tələbələr analiz vermirlər və bu da yoluxmaların artmasına səbəb olur. Operativ Qərargahın da məlumatlarına görə, son həftələr koronavirusa yoluxma sayında artım müşahidə edilir.

Belə olan halda Azərbaycanda təhsil müəssisələrinin yenidən distant tədris formasına keçməsi zəruridirmi?

Təhsil Nazirliyi: "Hazırda zərurət yoxdur"

Təhsil Nazirliyindən "Turan"a bildirilib ki, hazırda distant formasına keçməyə zərurət yoxdur: "Yoluxma sayı o qədər yüksək deyil ki, təhsil müəssisələri distant tədris formasına keçsin. Əgər məsələ ilə bağlı hər hansı qərar olsa, bu barədə məlumat veriləcək".

Qurumdan qeyd olunub ki, təhsil müəssisələrində şagirdlərin, tələbələrin və müəllimlərin hər gün hərarəti ölçülür və digər zəruri tədbirlər həyata keçirilir.

K.Əsədov
K.Əsədov

Ekspert: "Böyük rəqəm deyil"

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, yoluxan şagird və müəllimlərin sayı çox deyil: "Rəqəmlər çox kiçikdir. Cəmi 344 sinif və 9 məktəb distant tədris formasına keçib. Hazırda ölkədə 4 min 435 orta məktəb və 85 min 620-dən çox sinif var. Yəni, 85 mindən çox sinfin 344-nün distant tədrisə keçməsi böyük rəqəm deyil".

Onun sözlərinə görə, Azərbaycanda 1.6 milyon şagird var və onların cəmi 400-də yaxında koronavirus əlamətləri müşahidə edilib: "Pandemiya olmadığı 2019-cu ilin payız mövsümündə 33 mindən çox uşaq qrip və digər bu tipli mövsümü xəstəliklərə yoluxmuşdu".

Məktəb tıxacları: 'Bəzi valideynlər, az qalır, maşını partanın yanına sürsün'
Gözlə

No media source currently available

0:00 0:03:49 0:00

"Lakin ali məktəblərdə bu problem var"

Ekspert qeyd edib ki, məktəblərdə hərarət ölçmə, spirtdən istifadə kimi tədbirlərə ciddi nəzarət olunur: "Biz özümüz hər gün Bakının, ən azı, 20 məktəbində monitorinq aparırıq. Ara məsafənin gözləməsindən tutmuş, izolyasiya otağına qədər bütün qaydalara ciddi riayət olunur. Lakin ali məktəblərdə bu problem var. Orada həmin tələblərə o qədər də ciddi riayət edilmir".

Mövzu ilə bağlı ali məktəblərin rəhbərliyi ilə danışmaq mümkün olmayıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə oktyabrın 20-nə kimi ümumilikdə 505 min 554 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 min 793-nün vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG