Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:43

Putin deyir, Qarabağda Rusiyasız mümkün deyil


Vladimir Putin
Vladimir Putin

"Rusiya Qarabağda qan tökülməsinin qarşısını almaq üçün əlindən gələni etdi, Rusiya sülhməramlıları öz vəzifələrini layiqincə yerinə yetirirlər. Hazırda ən vacibi – sərhəddə vəziyyəti tənzimləməkdir və Rusiya tərəfinin iştirakı olmadan bunu etmək olmaz". Rusiya prezidenti Vladimir Putin oktyabrın 21-də Valday forumunda çıxışında belə deyib.

Putin deyib ki, sovet dövründə müttəfiq respublikaların sərhədlərini göstərən xəritələr Rusiya ordusunun Baş qərargahındadır.

"Bu sənədlər əsasında tərəflərlə sakitcə oturub danışmaq olar – orada elə şeylər var ki, qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə dəyişmək lazımdır, haradasa nəyisə dəyiş-düyüş eləmək lazımdır. Sadəcə, bunun hər iki tərəfə faydalı olduğunu qəbul etmək lazımdır. Bunu eləmək olar, ya yox? Olar", – Putin əminliklə deyib.

50 min qaçqın geri qayıdıb

Rusiya prezidenti sülhməramlıların işindən danışıb. "Bizdən asılı olan hər şeyi etdik ki, qan tökülməsi dayansın. Həm də təkcə bunu deyil. Sülhməramlılar öz vəzifələrini layiqincə yerinə yetirirlər, artıq 50 mindən çox qaçqın öz doğma yerlərinə qayıdıb", – Putin vurğulayıb.

Onun sözlərinə görə, ümumilikdə münaqişə zonasında vəziyyəti qoruyub saxlamağa nail olunub, indi orada iri döyüş əməliyyatları getmir. "Təəssüf ki, insidentlər baş verir, hətta adamlar ölür. Yəqin ki, illərlə çəkən qarşıdurmadan sonra ideal mənzərə təsvir etmək çətindir", – Rusiya Prezidenti deyib.

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Amma Rusiyanın vasitəçiliyi əldə olunmuş atəşkəs razılaşmasına görə, münaqişə bölgəsinə Rusiya hərbçiləri nəzarət edir.

Sərhədlərin müəyyənləşdirilməsi məsələsi isə hələlik açıq qalır.

XS
SM
MD
LG