Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:45

Bir sutkada sərhədi 700 qanunsuz keçmə cəhdi


Polşa-Belarus sərhədində miqrant
Polşa-Belarus sərhədində miqrant

Polşa parlamenti Belarusla sərhəddə 407 milyon dollarlıq hasar tikintisini təsdiqləyib

Polşa sərhədçiləri son 24 saat ərzində ölkənin Belarusla sərhədini 700-dən çox qanunsuz keçmə cəhdinin qeydə alındığını bildiriblər. Sərhəd xidməti məlumatı oktyabrın 31-də yayıb. Polşa həmçinin qeyri-hökumət tibb işçilərinin sərhəddə qalan miqrantlara yardım göstərməsinə icazə vermir.

Sərhədçilər hamısı iraqlı olmaqla dörd əcnəbini saxladıqlarını bildiriblər. Polşa radiosu ümumilikdə 727 qanunsuz cəhdin aşkarlandığını xəbər verir. Oktyabrın 10-da isə rekord – 739 cəhd qeydə alınmışdı.

407 milyon dollarlıq hasar

Avropa Birliyi (AB) Belarus lideri Alyaksandr Lukaşenkanı miqrantlardan istifadə edərək onları blokun sərhədlərinə yönləndirməkdə suçlayır. Bunun Brüsselin sanksiyalarına cavab olaraq edildiyi vurğulanır. 2020-ci il prezident seçkisindən sonra müxalifətə, vətəndaş cəmiyyətinə və müstəqil mediaya təzyiqlərə görə Belarusa sanksiyalar tətbiq olunub.

Ötən həftənin əvvəlində Polşa Belarusla sərhəddə əsgər və sərhədçilərin sayını artırmaq planlarını açıqlayıb. Almaniya da Polşanın sərhədinə yüzlərlə əlavə polis yerləşdirdiyini bildirib. Məqsəd əsasən Belarusdan gələn miqrant axınını önləməkdir.

Varşava fövqəladə vəziyyət elan edib, sərhəddə tikanlı məftil çəkib. Polşa parlamenti Belarusla sərhəddə 407 milyon dollarlıq hasar tikintisini təsdiqləyib.

“Sərhəddə Həkim” yardım göstərmək istəyr

Polşanın Gniezno Roma Katolik arxiyepiskopu Voyciek Polak qeyri-hökumət tibb işçilərinin miqrantlara yardım göstərməsinə icazə istəmişdi. “Sərhəd Həkimləri” yardım təşkilatının Twitter-də yazdığına görə, Daxili işlər naziri Marius Kaminski bu xahişi rədd edib.

Təşkilat bir neçə həftədir Belarus-Polşa sərhədində qalmış insanlara əl uzatmağa çalışır.

“Orada onlarla insanın təcili tibbi yardıma ehtiyacı olduğunu bilirik. Bir neçə ölüm halının baş verdiyini, tibbi yardımın qarşısı alınarsa, daha çox qurbanın ola biləcəyini də bilirik”, – könüllü təşkilat bir həftə öncə “Gazeta Wyborcza” antihökumət qəzetində müraciətində yazırdı.

Sərhədçilər də fövqəladə vəziyyəti əsas gətirərək onlarla əməkdaşlıqdan imtina edirlər, qurum oktyabrın 31-də bildirib.

XS
SM
MD
LG