Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:26

İranla nüvə danışıqları noyabrın 29-da bərpa olunacaq


İran xarici işlər nazirinin müavini Əli Bağeri
İran xarici işlər nazirinin müavini Əli Bağeri

ABŞ Dövlət Departamenti bildirib ki, danışıqlarda Amerika nümayəndə heyətinə İran üzrə xüsusi səfir Robert Mali başçılıq edəcək.

2015-ci il nüvə sazişinin yenidən dirçəldilməsi üçün İran və dünya gücləri arasında Vyanada keçirilən danışıqlar beş aylıq fasilədən sonra noyabrın 29-da bərpa olunacaq.

Avropa İttifaqının Xarici Fəaliyyət Xidməti noyabrın 3-də bəyan edib ki, danışıqlara ittifaqın vasitəçisi Enrik Mora sədrlik edəcək.

Danışıqlarda İrandan başqa sözü gedən sazişin digər tərəfləri - Britaniya, Çin, Rusiya, Fransa və Almaniya da iştirak edəcəklər.

İran xarici işlər nazirinin müavini və Vyana danışıqlarında İran nümayəndə heyətinin başçısı Əli Bağeri Twitter hesabından yazıb ki, danışıqların 7-ci raundunun günü Mora ilə telefon söhbəti zamanı razılaşdırılıb.

ABŞ Dövlət Departamenti bildirib ki, danışıqlarda Amerika nümayəndə heyətinə İran üzrə xüsusi səfir Robert Mali başçılıq edəcək.

Danışıqların bundan əvvəl keçirilmiş 6 raundu ərzində razılaşma əldə olunmayıb və daha sonra danışıqlar İranda prezident seçkilərinə görə dayandırılıb.

Tehran qarantiyalar istəyir

Bu danışıqlarda ən çətin məqamlardan biri də Tehranın üzərindəki ABŞ sanksiyalarının tamamilə qaldırılmasını tələb etməsi və sazişin şərtlərinə qayıdışının texniki detallarını istəməsidir.

Avropa İttifaqının bəyanatında deyilir ki, danışıqların 7-ci raundunda Birləşmiş Ştatların 2015-ci il sazişinə mümkün qayıdışının müzakirəsi davam etdiriləcək.

Dövlət Departamentinin sözçüsü Ned Prays inandığını bildirib ki, tərəflər İran və ABŞ-ın sazişə qayıdışı barədə tez bir zamanda razılaşma əldə edə bilərlər.

Bağeri bildirib ki, Tehran danışıqlar nəticəsində İran üzərindən “qanunsuz və qeyri-insani” sanksiyaların qaldırılacağına ümid edir.

Noyabrın 3-də habelə İranın Ali Milli Təhlükəsizlik Şurasının başçısı Əli Şamxani bəyan etmişdi ki, ABŞ nüvə sazişindən bir daha çıxmayacağına dair qarantiyalar verməlidir.

XS
SM
MD
LG