Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:47

Ermənistan Qarabağın 'əsas sosial müdafiə qarantı' olduğunu deyir


Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan
Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan

Bunu noyabrın 5-də Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib

“Ermənistan Dağlıq Qarabağın sosial müdafiəsinin əsas qarantıdır və bu istiqamətdə proqramlar davam etdiriləcək”.

AzadlıqRadiosunun Erməni xidməti Azatutyun yazır ki, bunu noyabrın 5-də 2022-ci ilin büdcəsinə dair müzakirələrdən sonra jurnalistlərə verdiyi brifinqdə Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan deyib:

“Ermənistan Respublikası Artsax (Qarabağ-red) Respublikasının əsas sosial müdafiə qarantı olaraq həm müharibə, həm də sonrakı sosial böhran dövründə vəziyyətin yüngülləşdirilməsi üçün 20-dən çox tədbir həyata keçirib. Əslində bu tədbirlərin sayəsində müharibədən sonrakı dövrdə yaranmış böhranın aşıldığını demək olar”.

Nazir bunu da deyib ki, Qarabağdan “deportasiya olunanlara” gəlincə, onlar əvvəllər də olduğu kimi nazirliyin diqqət mərkəzindədirlər.

Qarabağ köşkünləri

Mkrtçyanın sözlərinə görə deportasiya edilmiş 90 min nəfərin böyük əksəriyyəti Qarabağa qayıdıb və Ermənistanın müxtəlif bölgələrində 20 min köçkün yaşayır.

Nazir bildirib ki, habelə pensiyaçılara, birinci və ikinci qrup əlillərə 50 min və 25 min dram (52 və 104 dollar) məbləğində yardım göstərilməsi nəzərdə tutulub.

Nazirin sözlərinə görə Qarabağdakı ermənilər üçün iki məşğulluq proqramı həyata keçirilir.

Mkrtçyan deyib ki, Hayastan ümumerməni fondunun dəstəyi ilə Qarabağ erməniləri üçün Qarabağda və Ermənistanda evlər tikilir.

Bugünkü hökumət müşavirəsində baş nazirin müavini Ruben Sarkisyan deyib ki, hökumət Ermənistanda minimum əməkhaqqını 2026-cı ilədək 85 min drama (178 dollar) çatdırmağı planlaşdırır.

Hazırda minimum əməkhaqqı 68 min dramdır (143 dollar).

XS
SM
MD
LG