Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:23

Evdən yalnız işə, həkimə getmək üçün çıxa bilərlər


Çin, arxiv fotosu
Çin, arxiv fotosu

Avstriyada noyabrın 15-dən peyvənd olunmayanlar üçün sərt lokdaun tətbiq olunub

Koronavirus pandemiyasının iki il öncə ilk dəfə aşkarlandığı Çində indi delta ştammı yayılır və hakimiyyət yeni səyahət qadağaları tətbiq edir.

“Reuters”in noyabrın 14-də açıqladığı hesablamaya görə, oktyabrın 17-dən Çində təsdiqlənmiş simptomlarla 1308 ölkəiçi yoluxma qeydə alınıb.

Son bir həftədə bəzi məkanlar şimal-şərqdəki Dalian şəhərindən ziyarətçilərin girişini qadağan edib. Yoluxmalar məhz həmin şəhərdə sürətlə artır.

Bir çox ölkələrlə müqayisədə xeyli az olmasına baxmayaraq, son yoluxmalar Çində delta ştammının ən irimiqyaslı yayılması hesab olunur.

İki həftə karantin

Yoluxmalar 12 vilayəti, regionu və bələdiyyəni əhatələyir. Çin hakimiyyəti sıfır-dözümlülük siyasəti çərçivəsində yayılmanı önləməyə çalışır.

7.5 milyon əhalisi olan Dalian təcrid olunub. Qonşu şəhərlər Daliandan gələnlərin iki həftə karantinə alınacağını bildiriblər.

COVID-19-un 2019-cu ilin sonunda Çinin mərkəzi Vuhan şəhərində baş qaldırdığı bildirilir.

Britaniya

Britaniyada isə hökumət COVID-19-a qarşı buster vaksin proqramını genişləndirir, qış ərəfəsində yoluxmaları azaltmaq üçün yaşı 50-dən az olanlara gücləndirici doza vurulacaq.

Vaksinasiya və İmmunlaşdırma üzrə Birgə Komitə noyabrın 15-də bu addımı təsdiqləyəcək, yerli media yazır.

Avropa koronavirusa yoluxmaların yeni ocağına çevrilib, bir sıra ölkələr dördüncü dalğa ilə mübarizə aparırlar.

Avstriya

Avstriyada isə noyabrın 15-dən peyvənd olunmayanlar üçün sərt lokdaun tətbiq olunub.

Sözügedən şəxslər evdən yalnız vacib ehtiyaclar, işə, yaxud həkimə getmək üçün çıxa bilərlər. Onların təmiz hava udmaq, fiziki və zehni sağlamlıq üçün havaya çıxmasına icazə veriləcək.

Qaydalara necə əməl olunması yoxlanacaq, pozanları 1660 dollaradək cərimə gözləyir.

Lokdaun tədbirləri ilkin olaraq 10 günlüyə tətbiq olunur.

Avstriyada yoluxma səviyyəsi yüksəlir, noyabrın 14-də azı 11552 yoluxma aşkarlanıb.

Paytaxt Vyanada peyvənd olunanlar və xəstəlikdən sağalanlar gecə restorana getmək, yaxud 25-dən çox adamın olduğu tədbirlərə giriş üçün PCR testi verməli olacaqlar.

XS
SM
MD
LG