Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 06:00

Olaf Şolts Almaniyanın yeni kansleri olacaq


Bu, noyabrın 24-də Bundestaqa daxil olmuş üç partiyanın koalisiya hökuməti yaratmaq barədə razılaşma əldə etməsindən sonra mümkün olub

Almaniya Sosial Demokrat Partiyasının (SPD) lideri Olaf Şolts federal kansler kürsüsündə Angela Merkelin yerini tutacaq.

Bu, noyabrın 24-də Bundestaqa daxil olmuş üç partiyanın koalisiya hökuməti yaratmaq barədə razılaşma əldə etməsindən sonra mümkün olub.

Almaniya parlamenti – Bundestaqa seçkilərdə sosial-demokratlar birinci yeri əldə etmişdilər.

İndi onlar seçkidə ikinci olmuş xristian-demokratlarla koalisya yaratmaq barədə razılığa gəliblər.

Yeni koalsiyanın tərkibinə habelə “yaşıllar” və Azad Demokratiya Partiyası daxil olacaq.

Üç partiya tərəfindən imzalanmış 178 səhifəlik razılaşmanın mətni noyabrın 24-də dərc olunub.

Koalisiyanın vəzifələri arasında iqlim dəyişikliyi ilə mübarizə əsas yer tutur.

Məramnamədə deyilir ki, hökumət Almaniya ərazisinin 2 faizini külək generatorlarına ayıracaq, hidrogen əsaslı enerji istehsalına vəsaitlər yönəldəcək.

Partiyalar nəticə olaraq 2030-cu ilədək ölkənin elektrik istehsalının 80 faizinin bərpa olunan enerji mənbələrindən qaynaqlanmasını istəyirlər.

Sənəddə habelə marixuananın lisenziyalı müəssislərdə istehlakına icazə verilməsi nəzərdə tutulur.

Rusiyadan az söz açılsa da...

Koalisiya məramnaməsində Rusiyaya cəmi bir neçə abzas ayrılıb.

Sənəddə deyilir ki, Almaniya kabineti Rusiyanı “beynəlxalq aləmdə mühüm oyunçu” hesab edir, onunla “konstruktiv dialoqa” hazırdır və “möhkəm və stabil münasibətlərdə” maraqlıdır.

Bununla yanaşı qeyd olunur ki, Rusiya ilə münasibətlər insan haqları, beynəlxalq hüquq və Avropada sülh prinsipləri üzərində qurulmalıdır:

"Biz Ukraynanı sabitsizləşdirmək cəhdlərinin, Ukraynanın şərqində zorakılığın və Krımın qanunsuz ilhaqının dərhal dayandırılmasını tələb edirik”.

Məramnamədə qeyd olunur ki, Ukraynaın şərqindəki münaqişə Minsk razılaşmalarının həyata keçirilməsi ilə həll olunmalıdır.

Sənəddə habelə Rusiyada “vətəndaş və demokratik azadlıqların hərtərəfli məhdudlaşdırılması” tənqid olunur, Rusiyanın vətəndaş cəmiyyətinə Berlinin dəstəyi bir daha təsdiqlənir.

Bu da bildirilir ki, Berlin rusiyalıların müəyyən kateqoriyalarının, xüsusilə də 25 yaşdan cavan olanların Almaniyaya vizasız səfərləri məsələsinə baxacaq.

Bundestaqa seçkilər ötən sentyabrda keçirilib. İndiki kansler Angela Merkelin başçılıq etdiyi xristian-demokrat bloku (CDU/CSU) bu seçkidə 48 mandat itirib, sosial-demokratlar isə əlavə 53 mandat əldə ediblər.

Merkelin səlahiyyətləri hələ davam edir və o yeni hökumətin təşkilinə qədər vəzifəsində qalacaq.

O bu vəzifədə fasiləsiz olaraq 16 il çalışıb.

XS
SM
MD
LG