Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:54

Putinin Ukrayna ‘travması’ – Qərb mediası


Siyasi karikatura
Siyasi karikatura

Putin müharibə təhdidi ilə ABŞ Prezidenti Co Baydeni Rusiyanın Şərqi Avropada maraqlarını tanımağa vadar etmək istəyir

Rusiyanın Ukrayna ilə sərhədə qoşun yığması, bu ölkəyə potensial hücum təhlükəsi qərb mediasının diqqət mərkəzindədir. “The New York Times” qəzeti yazır ki, Ukraynanı işğalla təhdid olunmasının əsl səbəbi Kremlin tarixi ədalətsizlik saydığı məsələni düzəltməyə çalışmasıdır.

Müəllif Anton Troyanovski Prezident Vladimir Putin və məsləkdaşlarının bu il Ukraynayla bağlı vahid mesaj ötürməsinə diqqət çəkir. Kremlin tezisi budur ki, ukraynalılar və rusiyalılar “bir xalq”dır, ancaq postsovet dünyasını parçalayaraq zəbt etməyi hədəfləyən qərb qüvvələrinin nəzarəti altında, iflas etməkdə olan ölkədə yaşayırlar.

“Travma içində travma”

Məqalədə deyilir ki, Putinin bir niyyəti müharibə təhdidi ilə ABŞ Prezidenti Co Baydeni Rusiyanın Şərqi Avropada maraqlarını tanımağa vadar etməkdir.

“Amma cənab Putin və bir çox rusiyalı üçün səkkiz ildir davam edən münaqişə təkcə geosiyasət məsələsi deyil: söhbət zədələnmiş milli psixikadan, düzəldilməsi gərəkən tarixi ədalətsizlikdən gedir. Putinin keçmiş müşavirlərindən Qleb Pavlovski bir müsahibəsində Kremlin Ukraynaya yanaşmasını ‘travma içində travma’ adlandırıb, yəni, Sovet İttifaqının dağılmasından sonra bir millətin də parçalandığını düşünür. Axı, rusiyalılar Ukraynaya uzun müddət öz əlavələri kimi baxıblar”, – müəllif yazıb.

Ukraynalılar isə Putinin vahid tarixə istinad etməsini bu ölkənin irsini mənimsəmək, ərazi iddialarını əsaslandırmaq cəhdi kimi görürlər.

“Keçmişimizi oğurladılar. İndi də gələcəyimizi oğurlamağa çalışırlar”, – Kiyevdə yerləşən Yeni Avropa Mərkəzinin direktoru Alyona Getmançuk deyib.

“Biz bir xalqıq”

Rəy sorğuları Ukraynaya qarşı hərbi gücə əl atmağın Putinin daxili reytinqinə zərbə vuracağını göstərir. Bu səbəbdən rusiyalı təhlilçilər Putinin işğal tətiyini basacağına skeptik yanaşırlar. Amma hətta Putinin opponentləri belə onun rusiyalıların ədalətsiz və süniliklə bölünməsinə dair iddiası ilə razılaşırlar, məqalədə vurğulanır.

“Foreign Affairs” dərgisində Angela Stent isə yazır ki, Ukrayna böhranını diplomatiya və strateji ikibaşlı davranışla önləmək olar.

Müəllif yazır ki, hələ 2008-ci ildə NATO-nun Buxarest sammitində Putin ABŞ-dan həmkarı Corc Buşa deyirdi: “Corc, anlamalısan ki, Ukrayna heç ölkə də sayılmır. Bir hissəsi Şərqi Avropadır, daha böyük hissəsi isə bizə verilib”. Həmin ilin iyulunda Putin “Rusiyalılar və ukraynalıların tarixi birliyi” adlı məqaləsində Qərbi Ukraynanı Rusiyadan almağa çalışmaqda ittiham edirdi. “Biz bir xalqıq”, – onun əsas fikri bu idi.

2014-cü ildə Moskva Krımı ilhaq elədi, Ukraynanın şərqindəki separatçıları dəstək verməyə başladı.

ABŞ-ın yanaşması

Müəllif Birləşmiş Ştatların Ukrayna böhranına yanaşmasının isə aydın, gözlənilən olduğunu yazır:

“Yaxşı olardı ki, Bayden administrasiyası Rusiyanın oyun kitabçasından bir səhifəni mənimsəyərdi, Moskva da Vaşinqtonun bacarıq və planlarından əndişəyə düşərdi. Yalnız bundan sonra diplomatik proses canlandırılar, Birləşmiş Ştatlar da masaya keçər, Rusiyanın Ukraynanı üstələməsini önləməyə çalışardı”.

Rusiyanın Ukraynaya 90 min əsgər yığması Ukraynaya mümkün hərbi hücum sarıdan narahatlığı artırıb. Bayden administrasiyası həyəcan təbili çalaraq avropalı müttəfiqləri ilə işləyir, Rusiyanın planının qarşısını almağa çalışır.

Müəllif qeyd edir ki, Kreml Ukraynaya hücum etmək niyyətində olmaya, sadəcə, Birləşmiş Ştatları daha geniş məsələlərin müzakirəsi üçün masaya çəkməyə çalışa bilər. Məsələn, martda oxşar hərbi manevr Prezident Baydeni Putinlə Cenevrə sammitinə apardı. Belə bir görüş isə Rusiyanın böyük dövlət kimi rolunu təsdiqləmiş oldu.

XS
SM
MD
LG