Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

Xaricdən mal almaq limiti azalsa da, idxal daha da çoxalıb


Yeni gömrük qaydalarına qarşı internetdə kampaniya başlayıb
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

Yeni gömrük qaydalarına qarşı internetdə kampaniya başlayıb (Video arxiv)

Ayda 300 dollarlıq limit var

Ötən ilin sentyabrında Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda dəyişiklik haqqında qərar qəbul etmişdi. Həmin dəyişikliklərədək fiziki şəxslər ay ərzində xarici ölkələrdən poçt vasitəsilə min dollar dəyərində mal sifariş edə bilərdilər. Dəyişiklikdən sonra limitin məbləği 300 dollara endi. Yəni vətəndaşlar aylıq 300 dollardan artıq mal sifariş verdiyi halda vergi ödəməlidirlər. Həmin dəyişikliklərdə fiziki şəxslərin özləri ilə ölkəyə gətirə biləcəkləri malın dəyərinin də limiti azaldılmışdı. Əgər həmin tarixədək fiziki şəxslər özləri ilə birlikdə ölkəyə 1 min 500 dollar dəyərində mal gətirə bilirdisə, bu rəqəm də 800 dollara endirilmişdi. Hökumət belə azalmaları bir neçə arqumentlə əsaslandırmışdı. Bunlardan ilki ölkədən valyuta çıxışının azaldılmasına dairdir. Çünki xarici ölkələrlə hesablaşmalar dollar və avro ilə aparıldığından digər ölkələrdən gerçəkləşdirilən idxal ölkədən valyuta çıxışı doğurur. Hökumət üzvlərinin səsləndirdiyi digər bir səbəb yerli bazarı qorumaq ilə bağlı idi. Xarici ölkələrdən malların alınması daha ucuz başa gəldiyindən bu, təbii ki, yerli satıcıların müştərilərinin azalmasına səbəb olur. Deməli, son nəticədə hökumətin topladığı vergilərin az olmasına gətirib çıxarır. Ancaq onu da nəzərə almaq lazımdır ki, bu problemi inzibati yollarla çözmək bir o qədər də səmərəli siyasət sayılmır. Yerli bazarın rəqabət gücünü artırmaq üçün atılmalı əsas addımlar gömrük və vergi orqanlarının daha şəffaf və hesabatlı çalışmasından, eləcə də daha azad biznes ortamının yaradılmasından asılıdır. Bəs hökumətin xaricdən məhsul alışını məhdudlaşdırmaq üçün atdığı inzibati addım işə yarayıbmı?

Limit azalsa da, idxal artıb

Rəsmi rəqəmlərdən aydın olur ki, hökumət fiziki şəxslərin ölkəyə vergi ödəmədən idxal edə biləcəyi məhsulların dəyərinin limitini üç dəfədən çox azaltsa da, fiziki şəxslərin idxalının həcmi daha da artıb. Ötən ilin səkkiz ayı ərzində - yeni limitlər tətbiq olunanadək fiziki şəxslər ölkəyə 612 milyon 317 min dollar məbləğində idxal gerçəklətmişdi. Bu ilin səkkiz ayı ərzində isə həmin göstərici 841 milyon 831 min dollar olub. Başqa sözlə, son bir ildə 230 milyon dollar və ya 40 faizə yaxın artıb. Dövlət Gömrük Komitəsinin sonuncu hesabatına görə, bu ilin 10 ayı ərzində fiziki şəxslərin idxalı artıq 1 milyard 123 milyon dolları aşıb. Maraqlıdır ki, fiziki şəxslərin idxalının həcmi artmaqla yanaşı, həmin idxalın ölkənin toplam idxalındakı xüsusi çəkisi də yüksəlir. Bu ilin 10 ayı ərzində Azərbaycana bütövlükdə 9 milyard 334 milyon dollarlıq idxal gerçəkləşdirilib. Bunun 12 faizi fiziki şəxslərin payına düşür. Özəl sektorun idxalda payı 79; dövlət sektorununsa 9 faizdir.

Cədvəl: 2016-2021-ci illərin ilk 10 ayı ərzində fiziki şəxslərin idxalının həcmi və toplam ixracda payı

İl

Fiziki şəxslərin idxalı (dollarla)

Toplam idxalda payı

2021

1 milyard 123 milyon

12.03 faiz

2020

821 milyon

9.36 faiz

2019

834 milyon

7.3 faiz

2018

515 milyon

5.9 faiz

2017

370 milyon

5.3 faiz

2016

398 milyon

5.7 faiz

İdxal artdıqca nağdsız ödənişlər də çoxalır

Xarici ölkələrdən fiziki şəxslərin idxal etdiyi mal həcminin artması ölkədə bank kartları vasitəsi ilə gerçəkləşdirilən nağdsız ödənişlərin həcmində də artım doğurur. Mərkəzi Bankın uyğun statistikasından aydın olur ki, son dövrlər ölkədə nağdsız ödənişlərlə bağlı rekord göstəricilər qeydə alınır. Bu ilin 10 ayı ərzində Azərbaycanda bank kartları vasitəsi ilə 8 milyard 370 milyon dollar həcmində nağdsız ödənişlər həyata keçirilib. Bu, ötən ilin bütün 12 ayındakı nağdsız ödənişlərdən (6 milyard 115 milyon manat) 2 milyard 255 milyon manat çoxdur. Nağdsız ödənişlərsə ötən ilin 10 ayı ilə müqayisədə daha çox - 73 faiz artıb.

Gündə 20 min bağlama

Fiziki şəxslərin xarici ölkələrdən idxalının artması ölkədə karqo şirkətlərinin də fəaliyyətini genişləndirib. Dövlət Gömrük Komitəsi bir müddət öncəki açıqlamasında bildirmişdi ki, hər gün ölkənin gömrük ərazisinə 20 minə yaxın poçt bağlaması daxil olur. Qurumun digər bir açıqlamasında isə qeyd edilir ki, bu ilin 10 ayı ərzində təkcə e.customs.gov.az portalı və "Smart Customs" mobil tətbiqi üzərindən 4 milyon 658 min ədəd Elektron Ticarət Bəyannaməsi gömrük orqanlarına təqdim edilib. Ölkədə "Smart Customs" mobil tətbiqində qeydiyyatdan keçmiş istifadəçilərin sayı isə 275 min nəfəri ötüb.

XS
SM
MD
LG