Bakı-Supsa neft ixrac kəməri müvəqqəti olaraq təmirə bağlanıb. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) verilən məlumata görə, kəmərin Gürcüstan hissəsində bir sıra nasazlıqlar aradan qaldırılana qədər «Çıraq» yatağından çıxarılan neft Bakı-Novorossiysk kəməri və Bakı-Batum Dəmir yoluyla Qara dəniz limanlarına çıxarılacaq. Novorossiyskə çatdırılan neft Rusiyanın neftiylə qarışdırıldığından Azəri-Layt yox, daha ucuz Ural Markalı neft kimi satılacaq.