Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:25

15-18 yaşlılara peyvənd vurmağa başlayırlar


Hindistan, 1 yanvar, 2022-ci il
Hindistan, 1 yanvar, 2022-ci il

Amsterdamda yanvarın 2-də minlərlə insan hökumətin lokdaun tədbirlərinə etiraza çıxıb

Hindistanda 15-18 yaşlıların COVID-19-a qarşı peyvənd olunmasına başlanılıb. Uşaqlara məktəblərdə də peyvənd vurulacaq, vaksinasiya mərkəzlərinə də gedə biləcəklər.

BMT-nin uşaq agentliyi UNICEF-in hesablamasına görə, Hindistanda 253 milyona yaxın yeniyetmə var.

Yanvarın 3-nə olan məlumata görə, Hindistanda koronavirusa 34 minə yaxın yoluxma, 123 ölüm qeydə alınıb. Omikron ştammına isə ümumilikdə 1700 yoluxma aşkarlanıb.

***

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin COVID-19-a yoluxduğu üçün özünü təcrid edib. Bu haqda Pentaqon yanvarın 3-də bəyanat yayıb. Dünyada sürətlə yayılan omikron ştammı isə uçuş reyslərinin təxirə salınmasına səbəb olur.

68 yaşlı Ostində yanvarın 2-də COVID-19 aşkarlanıb və xəstəliyi yüngül simptomlarla keçirir. Ostin evdə simptomlar hiss etdiyindən test verdyini deyib.

“Həkimim mənə izah elədi ki, tam vaksinləndiyimdən, oktyabrın əvvəlində buster dozanı qəbul etdiyimdən yoluxmanı xeyli yüngül keçirirəm. Buna görə çox minnətdaram”, – Ostin deyib.

O, beş gün ərzində karantində qalacaq. Vacib toplantılara virtual qoşulacağı gözlənir.

Təmasları

Ostin Prezident Co Baydenlə sonuncu dəfə dekabrın 21-də görüşdüyünü deyib. Bu görüşdən bir həftədən də çox keçəndən sonra simptomlar hiss etməyə başlayıb.

Nazir dekabrın 30-dan bəri Pentaqonda olmayıb, “maska taxaraq, tamamilə sosial məsafəni gözləyərək” əməkdaşlarından bir neçəsi ilə qısa görüşüb.

İndiyədək Bayden administrasiyasından Daxili Təhlükəsizlik naziri Alexandro Mayorkas oktyabrda virusa yoluxub. Konqresin bir neçə üzvünün testi müsbət çıxıb, hamısı sağalıblar.

Yanvarın 2-də dünyada aviareyslərdə problemlər davam edib, 4 min 300-dən çox reys təxirə salınıb. Səbəblər kimi pis hava şəraiti, pilotlar, dəstək heyəti arasında xəstəliyin yayılmasından dolayı işçi çatışmazlığı göstərilir.

ABŞ-da təxirə salınan uçuşlar qlobal səyahətin yarıdan çoxunu təşkil edir.

Günə 400 minədək yoluxma

Hökumətin yoluxucu xəstəliklər üzrə aparıcı eksperti ölkə üzrə yoluxmalarda “görünməmiş” sürətlənmə müşahidə olunduğunu bildirib. Yeddi gün üzrə ortalama yoluxma səviyyəsi günə 400 minə yaxınlaşır.

“Yoluxmalarda çox kəskin artımın ortasındayıq”,Entoni Fauçi deyib.

O, peyvənd olunanlar arasında yoluxmaların çoxunun asimptomatik, yaxud yüngül keçdiyini deyib. Yoluxmaların kəskinliyi azaldıqca, daha çox hospitalizasiyaya diqqət ayrılır.

Fauçi deyib ki, omikron ştammı səhiyyə sistemlərini yükləyir, vacib xidmətlərdə “böyük pozuntu” yaradır. O, “cəmiyyətin normal işini təmin etmək üçün vacib işlərdə” çalışanların stresinin daha da artacağını proqnozlaşdırıb.

Ekspert ABŞ yanğınsöndürmə və polis departamentləri işçilərinin 30 faizə qədərinin xəstə olduğunu sözlərinə əlavə edib.

Digər ölkələr

Britaniyada da eyni proses baş verir. Hökumət xəstəxanalar, məktəblər və digər iş yerlərində böyük işçi çatışmazlığı halları üçün təcili planlar hazırlayıb.

Bolqarıstanda omikrona ilk yoluxmalar aşkarlanıb. 12 yoluxmadan 11-i Sofiyadadır. Səhiyyə naziri yoluxanların hamısının xəstəliyi yüngül simptomlarla keçirdiyini deyib.

Amsterdamda isə yanvarın 2-də minlərlə insan hökumətin lokdaun tədbirlərinə etiraza çıxıb. Nümayişçilər şəhər meydanına doğru irəliləyib, əllərində “Repressiyanı az, qayğını bol edin” yazılmış plakatlar tutublar. Hökumət etiraza icazə verməmişdi.

Fransa

Fransa Prezidenti Emmanuel Makron hökuməti daha çox adamın peyvəndlənməsinin, buster doza vurdurmasının omikronun yayılmasını önləməyin ən yaxşı yolu hesab edir. Səhiyyə naziri Olivier Veran həftəlik “Le Journal Au Dimanche” nəşrinə müsahibəsində bu haqda danışıb.

“COVID-19-un beşinci dalğası yəqin, axırıncıdır”, – Veran deyib.

O, vaksinasiyanın yeni lokdaunlar, ölkənin iqtisadi dirçəlişinə zərbə, onsuz da yüklənmiş xəstəxanalara təzyiqin azaldılmasının yeganə yolu olduğunu sözlərinə əlavə edib.

Fransa əhalinin 77 faizi peyvəndlənib, omikronla mübarizə məqsədilə buster dozalar da vurulur. Amma 4 milyondan artıq yetkin yaşlının peyvənd olunmadığı bildirilir. Onların 1 milyondan çoxunun yaşı 65-dən yuxarıdır. Tezliklə ölkədə vaksinasiya pasportu tətbiq olunacaq və bu şəxslərin ictimai həyatı kəskin məhdudlaşdırılacaq.

XS
SM
MD
LG