Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:10

Gürcüstan 3+3 formatının növbəti iclasına qatılmayacaq


Moskvada Gürcüstanın qatılmadığı 3+3 formatında iclas
Moskvada Gürcüstanın qatılmadığı 3+3 formatında iclas

Ötən ay Rusiyada keçirilən iclasa Tbilisi qatılmayıb, bu ölkənin təcavüzkar siyasətini əsas gətirib

Gürcüstan 3+3 formatının Türkiyədə keçirilməsi planlaşdırılan növbəti iclasına qatılmayacaq. Bu haqda Gürcüstanın Türkiyədəki səfiri Georgi Cancqava Türkiyənin “Daily Sabah” qəzetinə müsahibəsində deyib.

Ankara regionda daimi sülh, sabitlik və əməkdaşlıq məqsədilə Türkiyə, Rusiya, İran, Azərbaycan və Ermənistanın iştirakıyla 3+3 platformasında israr edir.

Türkiyənin ümidi

Xarici işlər naziri Mevlüt Çavuşoğlu Gürcüstanın növbəti görüşə qatılacağına ümidvar olduğunu dilə gətirmişdi.

Ötən ay Rusiyada keçirilən iclasa Tbilisi qatılmayıb, bu ölkənin təcavüzkar siyasətini əsas gətirib.

Gürcüstan regionda digər ölkələrlə münasibətlərin və əməkdaşlığın genişləndirilməsini dəstəkləyir. Regionda davamlı sülhün təmin olunması üçün Türkiyə, Azərbaycan və Ermənistanla birgə effektiv addımlar atır, ölkənin baş naziri ötən ay deyirdi.

“Regionda davamlı sülhün qurulması bizdən ötrü çox vacibdir”,İrakli Qaribaşvili səfirlərin onlayn konfransında deyib.

“Gürcüstan ərazisinin 20 faizini işğal etmiş ölkə...”

Cancqava Gürcüstanın Türkiyə və Azərbaycana “strateji tərəfdaş”, Ermənistanı “tarixi və yaxşı qonşu” hesab etdiyini deyib.

“Rusiya isə Gürcüstan ərazisinin 20 faizini işğal etmiş ölkədir”, – səfir vurğulayıb.

Rusiya Gürcüstanla 2008-ci ildə qısamüddətli müharibədən sonra Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Türkiyə ilə Azərbaycan Qafqaz platforması ideyasını ötənilki Dağlıq Qarabağ müharibəsindən sonra irəli sürüb. 3+3 formatında ilk görüş dekabrın 10-da Moskvada keçirilib.

Azərbaycan həmin müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG