Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:35

ABŞ konqresmeninin evində ‘Azərbaycanla bağlı’ axtarış aparılıb


ABC News məsələdən xəbərdar olan mənbələrə istinadən xəbər verir ki, bu hadisə Azərbaycan və bir neçə ABŞ biznesmeni arasında əlaqələrə dair geniş federal təhqiqatla bağlıdır

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) yanvarın 19-da Konqresin demokrat üzvü Henri Kueyyarın (Henry Cuellar) evinə və Texas ştatındakı seçki kampaniyası ofisinə reyd keçirib.

ABC News məsələdən xəbərdar olan mənbələrə istinadən xəbər verir ki, bu hadisə Azərbaycan və bir neçə ABŞ biznesmeni arasında əlaqələrə dair geniş federal təhqiqatla bağlıdır.

Bu da bildirilir ki, Vaşinqtonda böyük jüri bu məsələni araşdırır, amma Kueyyarın bu təhqiqatın hədəfi olub-olmadığı məlum deyil.

FTB xəfiyyələri Kueyyarın Texas ştatının Laredo şəhərindəki evinin axtarılması barədə orderi təqdim edəndən sonra millət vəkilinin köməkçisi bildirib ki, konqresmen “istənilən təhqiqatla tam şəkildə əməkdaşlıq etməyə hazırdır”.

Yanvarın 19-da FTB bildirib ki, hüquq-mühafizə orqanlarının Kueyyarın evində və ofisində gördüyü tədbirlər məhkəmə qərarı əsasında həyata keçirilir.

Konqresdə Azərbaycan kokusun həmsədri

Texasın Meksika ilə həmsərhəd 28-ci seçki dairəsini təmsil edən Kueyyar 2005-ci ildən Konqres üzvüdür.

O son illərdə Konqresdəki Azərbaycan kokusuna həmsədrlik edib və bu zaman Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov da daxil bu ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirib.

ABC News xatırladır ki, Kuelyar sərhəd siyasəti ilə bağlı Bayden administrasiyasını kəskin tənqid edən konqresmenlərdəndir.

FTB və Ədliyyə Nazirliyi bu məsələ ilə bağlı təfərrüatlı şərh verməkdən imtina edib.

XS
SM
MD
LG