Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 02:37

İranda fransalı turistə 8 il 8 ay iş kəsilib


Briyer səyahətinə 2018-ci ildə özünün yataq qoşqusu olan avtomobili ilə Skandinaviayada başlamışdı
Briyer səyahətinə 2018-ci ildə özünün yataq qoşqusu olan avtomobili ilə Skandinaviayada başlamışdı

Benjamin Briyer 2020-ci ilin mayında İranın Türkmənistanla həmsərhəd səhra ərazisində dron uçurarkən həbs olunub

İranda məhkəmə fransalı turisti casusluq və İranın islami sistemi əleyhiinə təbliğat ittihamları ilə 8 il və 8 ay müddətinə azadlıqdan məhrum edib.

Müttəhimin Parisdəki vəkili sözü gedən məhkəməni “tamaşa” adlandırıb.

Fransanın Xarici İşlər Nazirliyi yanvarın 25-də Benjamin Briyerə çıxarılan hökmü “qəbuledilməz” adlandırıb.

Briyer 2020-ci ilin mayında İranın Türkmənistanla həmsərhəd səhra ərazisində dron uçurarkən həbs olunub.

Məhbusun ailəsi onun günahsız olduğunu və siyasi məqsədlərlə həbs olunduğunu bildirib.

36 yaşlı Briyer İranda həbs edilmiş onlarca əcnəbidən və ya ikili vətəndaşlığı olan şəxslərdən biridir.

Briyer həbsdə olan əcnəbilərin arasında İran vətəndaşlığı olmayan yeganə məhbusdur.

Briyerin Parisdəki vəkili Filip Valent deyib ki, onun müştərisi İranın Məşhəd şəhərində İnqilab Məhkəməsində bağlı qapılar arxasında mühakimə olunub.

Onun sözlərinə görə bu, “tərəfsiz hakimlərin qarşısında ədalətli keçirilən məhkəmə olmayıb”.

Yeni ittiham

Vəkil məlumat verib ki, Briyer iddia olunan casusluğa görə 8 il və İranın islami sisteminə qarşı təbliğata görə əlavə olaraq 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Valent deyib ki, ötən ilin dekabrından başladığı aclıq aksiyasına görə Briyerin səhhəti getdikcə pisləşir.

Fransalı turistin iranlı vəkili Səid Dehğan deyib ki, Briyer məhkəmə hökmündən şoka düşüb:

"Onun hökmü ona qarşı ilkin ittiham əsasında yox, sonradan ona qarşı irəli sürülmüş İrana qarşı düşmən ölkə ilə əməkdaşlıq ittihamı əsasında çıxarılıb. Ona yeni ittiham barəsində məlumat verilməyib və biz, son 20 ayda onun vəkilliyini edənlər bu ittihamla məşğul ola bilməmişik”.

Briyerin ailəsi bildirir ki, o günahsız bir turistdir və səyahətinə 2018-ci ildə özünün yataq qoşqusu olan avtomobili ilə Skandinaviayada başlayıb.

Fransa Tehrana xəbərdarlıq edib ki, Fransa vətəndaşlarının İranda bu sayaq mühakimə olunması iki ölkə arasında münasibətləri pisləşdirə bilər.

XS
SM
MD
LG