Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:36

Yoluxmalar artır, qadağalar da götürülür


Kosovo, Priştina, 27 yanvar, 2022-ci il
Kosovo, Priştina, 27 yanvar, 2022-ci il

Fevralın 1-dən gecə klubları da açılır, qapalı məkanlarda adam sayına limit götürülür

Fevralın 1-də Danimarka Avropa İttifaqında koronavirusa yoluxmalarda kəskin artıma baxmayaraq, qadağaların hamısını ləğv edən ilk ölkə olub. Yoluxmaların artması yüksək yoluxucu, amma daha yüngül omikron ştammının yayılması ilə izah edilir.

Bu Skandinaviya ölkəsində üz maskaları, COVID pasportları, barlara və restoranlara girişə məhdudiyyətlər qaldırılır. Sentyabr-noyabr aylarında məhdudiyyətlərlə bağlı ilk belə eksperiment aparmışdı.

Fevralın 1-dən gecə klubları da açılır, qapalı məkanlarda adam sayına limit götürülür.

Əhalinin 1 faizi yoluxur

Ölkə sərhədlərində bəzi qadağalar qalacaq, belə ki, qeyri-Şengen ölkələrindən peyvənd olunmayanların girişi yasaqlanır.

Bu arada Danimarkada koronavirusa günə 40 min – 50 min yeni yoluxma qeydə alınır. Bu, 5.8 milyonluq əhalinin 1 faizi deməkdir.

Danimarkalıların 60 faizindən çoxuna üçüncü doza da vurulub. Aİ üzrə orta göstərici isə 45 faizdən aşağıdır.

Bu yaxınlarda COVID-19-a yoluxanları da nəzərə alanda əhalinin 80 faizinin artıq xəstəliyin ağır formasına qarşı qorunduğu bildirilir.

Danimarka hakimiyyətinin strategiyası ölkə içində geniş dəstəyə malikdir. Yanvarın 31-də “Politiken” qəzetinin dərc etdiyi rəy sorğusuna görə, rəyi soruşulanların 64 faizi hökumətin Covid siyasətinə inandığını deyib.

Digər ölkələr

Avropanın digər ölkələrində öncəki dalğalarla müqayisədə hospitalizasiya səviyyəsi daha azdır. Fransa, İrlandiya, Böyük Britaniya da yoluxmaların çoxluğuna baxmayaraq, məhdudiyyətləri qaldırır, yaxud azaldırlar.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilin yanvarından Avropa əhalisinin 73 faizi azı bir dəfə COVID-19-a tutulub.

Şərqi Avropada isə Aİ üzvü Rumıniya fevralın 1-dən peyvənd vurduran səyahətçilər üçün karantin tələbini ləğv edib. Yeni qayda hansı ölkədən gəlməsindən asılı olmayaraq, COVID-19-dan sağalmasına sübut, yaxud mənfi test nəticəsi təqdim edənlərə də aiddir.

Pekin

Çində yanvarın 31-də koronavirusa 66 yeni yoluxma aşkarlanıb. Bir gün öncəki statistika 58 idi.

Fevralın 4-də Pekin 2022 Qış Olimpiya Oyunları başlanır. Təşkilatçılar sərt məhdudiyyətlərə baxmayaraq, stadionların azı 30 faizinin dolu olacağına ümid edirlər.

Oyunlar zamanı atletlər və digər personalın izləyicilərlə təmasına icazə verilməyəcək.

Xüsusi çarter reysləri ilə gələn iştirakçılar Pekində qaldıqları müddətdə hər gün test olunacaqlar.

XS
SM
MD
LG