Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 15:09

ABŞ-ın Rusiyaya cavabında nə yazılıb


Ukraynalı hərbçilər Donetskdə cəbhə xəttində
Ukraynalı hərbçilər Donetskdə cəbhə xəttində

“NATO müdafiə alyansıdır və Rusiyaya heç bir təhdid yaratmır”, – Vaşinqtonun göndərdiyi bildirilən sənəd belə başlayır

Birləşmiş Ştatlar yerdən buraxılan raketlər, yaxud döyüş qüvvələrinin Ukraynada yerləşdirilməsi məsələsini Rusiya ilə qarşılıqlı razılaşdırmaq üçün danışıqlara hazırdır. Bunu İspaniyanın “El Pais” qəzetində dərc olunmuş sənədlər göstərir.

NATO-nun missiyası

Qəzet həmin sənədlərin Vaşinqton və NATO-nun Rusiyanın təhlükəsizlik tələblərinə cavab olduğunu yazır. Sənədlərdə hərbi insidentlərin məhdudlaşdırmasına yönəlik tədbirlərin, Tomahawk raketlərinin alyans üzvləri Rumıniya və Polşada yerləşdirilmədiyini Moskvaya sübut etməyin mümkünlüyü də əksini tapıb.

“NATO müdafiə alyansıdır və Rusiyaya heç bir təhdid yaratmır”, – Vaşinqtonun göndərdiyi bildirilən sənəd belə başlayır.

“Biz həmişə Avro-Atlantik məkanda sülh, sabitlik və təhlükəsizlik və bütöv, azad və dinc Avropa uğrunda çalışmışıq. Bunlar bizim məqsədlərimiz, dəyişməz baxışımızdır”, – sənəddə deyilir.

“El Pais” sənədləri necə əldə etdiyini açıqlamayıb. “Reuters” isə NATO-ya və Kremlin İspaniya qəzetinin dərc etdiyi informasiyanı şərh edə bilməcəyini yazır.

Kremlin sözçüsü Dmitri Peskov da şərh verməkdən imtina edib.

“Biz heç nəyi yaymamışıq. Bunu şərh etmək istəmirəm”, – o deyib.

Türkiyə dronları Ukraynada yeni sınaqla üzləşə bilər
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Rusiyanın tələbi

Sənədlər Kremlə ötən ay göndərilib. Məqsəd Moskva ilə Qərbin Ukrayna ilə bağlı gərginliyini azaltmaq idi. Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox əsgər yığması mümkün hücum sarıdan narahatlıq yaradıb. Rusiya isə qonşusuna təcavüz planı olmadığını deyir.

Rusiya Prezidenti Vladimir Putin NATO-dan Ukraynanın alyansa heç vaxt üzv olmayacağına qarantiya tələb edir. Moskva həmçinin Rumıniya, Bolqarıstan və Gürcüstan kimi yerlərdə NATO əsgər və infrastrukturunu qəbul etməyəcəyini bildirib.

Rusiya ilə Ukrayna arasında gərginlik yaşandığı bir vaxtda Azərbaycan nə etməlidir?
Gözlə

No media source currently available

0:00 0:00:52 0:00

Vaşinqton və NATO alyansa üzvlük məsələsində hansısa ölkənin diktəsini rədd edir.

“Gərginlik və fikir ayrılıqlarının güc təhdidi, yaxud ondan istifadə ilə deyil, dialoq və diplomatiya yoluyla həll edilməsinin vacibliyinə qəti şəkildə inanırıq”, – “El Pais”də dərc olunmuş sənədlərdə deyilir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edərək ölkənin şərqində separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə 13 min 200-dən çox adam öldürülüb.

XS
SM
MD
LG