Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:59

Ukrayna böhranı və Azərbaycan - ekspertlər nə deyirlər


Azərbaycan Rusiyanın Ukrayna siyasətindən hansı dərsləri çıxarmalıdır?
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

Azərbaycan Rusiyanın Ukrayna siyasətindən hansı dərsləri çıxarmalıdır?

Siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ukrayna-Rusiya gərginliyi fonunda, Kremlin Azərbaycan üçün də potensial təhlükə olması hər kəsə aydındır

Fevralın 15-də Rusiya Dövlət Dumasının aşağı palatası Ukraynanın separatçı regionları Donetsk və Luqanskın müstəqilliyinin tanınması üçün prezident Vladimir Putinə müraciət göndərib.

Dövlət Dumasının spikeri Vyacheslav Volodin deyib ki, məqsəd ordakı Rusiya vətəndaşlarını qorumaqdır. Rusiya, 2014-cü ildə Ukrayanın bu separatçı regionuna 700 minədək pasport paylayıb.

Ukraynada, Yaxın Şərq araşdırmalar mərkəzinin direktoru İqor Semivolos deyir ki, hələlik, Rusiya prezidentinin belə bir təklifi qəbul edəcəyini düşünmür:

“Bu, daha çox Rusiyanın təzyiq vasitəsidir ki, Ukrayna Minsk planı çərçivəsində Rusiyanın dediyini etsin. Mən hesab edirəm ki, prezident Vladimir Putinin Donetsk və Luqanskı tanımaq ehtimalı 50 faizdən də azdır, çünki bu, 2014 və 2015-ci illər Minsk sülh razılaşmalarının iflası deməkdir. Rusiya, Ukrayna və Qərb hökumətləri bu razılaşmaları, indiyədək gerçəkləşməməsinə baxmayaraq, münaqişənin həlli üçün ən yaxşı yol hesab edirlər. Bu plan Rusiyanın özünə sərf edir. Hazırda Rusiyanın etdiyi informasiya müharibəsidir”.

“Azərbaycan ayıq-sayıq olmalıdır”

İqor Semivolos deyir ki, ümumilikdə Rusiyanın belə əməlləri bütün region üçün narahatedici haldır.

Türkiyədə İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin mütəxəssisi Oğul Tuna deyir ki, Qarabağda da separatçıların yaşadığı bölgəyə Rusiya sülhməramlıları nəzarət etdiyi üçün Azərbaycan gərək həmişə ayıq-sayıq olsun. Çünki aydın şəkildə ortadadır ki, Rusiya keçmiş Sovet regionunda təsirini bərpa etmək istəyir, bunu bir ay əvvəl Qazaxıstanda da nümayiş etdirdi.

Ekspertin deyir ki, Rusiyanın iddiasına görə, Moskvanı əsas narahat edən NATO-nun genişlənməsidir:

“Bundan başqa, Rusiya sərq sərhədlərində də, Çin və Sakit Okean hövzəsində də artan İngiltərə-ABŞ ortaqlığının onun üçün bir təhlükə yaratdığıını hesab edir. Bu səbəbdən köhnə Sovet coğrafiyasında özünə ən yaxın, əvvəlki 10 il xaric, həmişə ən yaxın münasibətlərdə olduğu Ukraynanı kənarda saxlamaq istəmir. Bu mənada Azərbaycan Rusiyanın təhlükəsizlik maraqlarının toqquşacağı bir mövqedədir, çünki Qafqaz, Avrasiya coğrafiyasında ikinci Qarabağ savaşında da gördüyümüz kimi ən önəmli nöqtədir”.

Oğul Tuna deyir ki, bu halda Azərbaycanın nail ola biləcəyi ən önəmli məsələ tezliklə yekun sülh sazişi imzalamaq və Rusiya qoşunlarını Qarabağdan çıxarmaq olardı.

“Kremlin təhlükə olması heç kimə sirr deyil”

Bakıda siyasi şərhçi Şahin Cəfərli hesab edir ki, Ukrayna-Rusiya gərginliyi fonunda, Kremlin Azərbaycan üçün də potensial təhlükə olması hər kəsə aydındır və 2020-ci ildə Qarabağa Rusiya sülhməramlıları gəldikdən sonra rəsmi Moskvanın Bakı üzərində təzyiqi artıb. Şahin Cəfərli hesab edir ki, bu səbəbdən də prezident İlham Əliyev müharibədən əvvəl olduğu kimi yenə də Rusiya və Avropa arasında balans siyasətini yürütməyə çalışır:

“ABŞ Avropanın qazsız qalmaması üçün əlavə mənbə axtarışına çıxıb. Bu əsnada da Azərbaycan hakimiyyətindən Qərbə müsbət mesajlar getdi. Azərbaycan bildirdi ki, Avropaya əlavə qaz həcmləri nəql etməyə hazırdır. Azərbaycan Rusiyanın tərəfini tutmadı və Qərbə yardımçı ola biləcəyi mesajını verdi”.

Amma türkiyəli şərhçi Oğul Tuna hesab edir ki, Qərbin Rusiya ilə bağlı mövqeyi parçalanıb. Belə ki, Avropa İttifaqı enerji təminatı baxımından ciddi şəkildə Rusiyadan asılı olduğu halda, Böyük Britaniya ilə ABŞ rəsmi Moskvaya qarşı birləşmiş durumdadır və Azərbaycan da öz siyasətində bunu nəzərə almalıdır.

Bu ilin yanvarından Ukrayna Rusiya gərginliyi xüsusilə artıb, Qərb bildirir ki, Rusiya, Ukraynanın NATO-ya üzvlyünü əngəlləmək üçün hücuma hazırlaşır.

XS
SM
MD
LG