Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:53

Ərdoğan ölkəsinin İranla iqtisadi əlaqələrinin genişləndirilməsini istəyir


Ərdoğanın İran prezidenti ilə görüşü. Tehran, 3 dekabr 2006.
Ərdoğanın İran prezidenti ilə görüşü. Tehran, 3 dekabr 2006.

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan dekabrın 3-də Tehranda İran rəsmiləri ilə görüşüb. Danışıqlar zamanı iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi və regionda gərginliyin azaldılması yolları müzakirə olunub.


Ərdoğanın İran prezidenti Mahmud Əhmədinejad və vitse-prezident Pərviz Davuduyla görüşündə əsasən iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub.


Ərdoğan iki ölkə arasında ticarətin illik 10 milyard dollara çatdırılacağına ümidlə yanaşdığını deyib.


Rəcəb Teyyub Ərdoğan İranın dini lideri Ayatolla Əli Xameneiylə də görüşüb. Xamenei ölkəsinin Türkiyə ilə iqtisadi əməkdaşlığı genişləndirməyə hazır olduğunu deyib. İraq məsələsinə gəldikdə isə o, deyib ki, bu böhranı yalnız səlahiyyətli İraq hökuməti yoluna qoya bilər.


XS
SM
MD
LG