Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:52

Britaniyanın müdafiə naziri Putinin ağlının azdığını deyib


Britaniyanın müdafiə naziri Ben Uolles
Britaniyanın müdafiə naziri Ben Uolles

Britaniyanın müdafiə naziri Ben Uolles Ukrayna ətrafında baş verənlər haqqında danışarkən Putinin “ağlının azdığını” deyib.

Nazir bu sözləri yarı-ispanca “gone full tonto" slenqi ilə ifadə edib. İfadə “ağılsızlıq” və “ipləməlik” mənalarını verir.

Uolles Londonun mərkəzindəki Süvari qvardiyasının binasında əsgərlər qarşısında çıxış edərkən habelə Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini 1853-1856-cı illər Krım müharibəsində çar I Nikolayın hərəkətləri ilə müqayisə edib.

Vladimir Putin Ukraynanın iki separatçı bölgəsinin tanınması barədə bəyanatından əvvəl bir saatadək müddətdə tarixdən və tarixi hadisələrdən danışmışdı.

Belə görünür ki, keçmiş hərbçi Uolles bəlkə də buna görə öz çıxşında tarixi keçmişə nəzər salıb.

Uolles də tarix dərsi deyir

Sözü gedən Krım müharibəsində Rusiya imperiyası Britaniya, Fransa, Osmanlı və Sardiniya krallıqlarına qarşı döyüşürdü.

Nazir deyib:

“Biz həmin müharibədə onların dərsini verdik, lazım olsa, bunu bir də edərik”.

Rusiya Krım müharibəsinə iki səbəbə görə girmişdi. Bunlardan biri o vaxt Türkiyənin nəzarətində olan Qara dəniz boğazlarını ələ keçirmək, digəri isə Osmanlı imperiyasındakı slavyanları guya himayə etmək idi.

Lakin Fransa və Britaniya, habelə bəzi başqa dövlətlər Türkiyə ilə koalisyaya girəndən sonra Rusiya bu müharibədə uduzdu.

O ərazisinin bir hissəsini (o cümlədən Qarsı) Osmanlı imperiyasına verməyə məcbur oldu.

Qara dəniz isə istər Rusiya, istərsə də Türkiyə gəmiləri üçün bağlı idi.

Könüllü aktyorlar Krımda Sevastopl qalasının 1854-cü ildə müdafiəsini canlandıran səhnəni oynayarkən (2020-ci il)
Könüllü aktyorlar Krımda Sevastopl qalasının 1854-cü ildə müdafiəsini canlandıran səhnəni oynayarkən (2020-ci il)

Ben Uollesin sözlərinə görə Rusiyanın tarixən əvvəlki təcrübələri nəzərə alınarsa, o hətta Rusiya qoşunlarının ardınca səyyar krematoriyanın göndərilə biləcəyini istisna etmir.

Britaniya naziri iddia edib ki, Ukrayna ilə müharibədə mümkün itkilərini ört-basdır etmək üçün Moskva belə bir üsula əl ata bilər.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ben Uollesin bu çıxışına cavab olaraq Britaniya əsgərlərinə təkcə Rusiyanın çoğrafiyasını deyil, həm də tarixini öyrənməyi tövsiyə edib:

"Bunu etsinlər ki, kəmsavad siyasətçiləti naminə bizim ümumi hərb tariximizi öz canları hesabına zənginləşdirməsinlər”.

XS
SM
MD
LG