Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:20

Moskvada indekslər, rubl ucuzlaşır. Neft qalxır


İllüstrativ foto
İllüstrativ foto

Qlobal qeyri-müəyyənlikləri zamanı təhlükəsiz sayılan qızılın qiyməti və Yaponiya yeninin məzənnəsi kəskin qalıb

“The Telegraph” Rusiyada səhmlərin bir günün içində 45 faiz ucuzlaşdığını, ümumi bazar dəyərindən 259 milyard dolların silindiyini yazır. Bu, indiyədək qeydə alınmış ən böyük gündəlik itkidir.

Moskva birjasının işində gün ərzində bir neçə dəfə fasilə yaranıb.

***

Rusiyanın əsas səhm birjası yubanma ilə açılandan sonra indekslərdə 20 faiz azalma qeydə alınıb. İnvestorlar Moskvanın Ukraynaya hücum qərarından sonra Qərbin sanksiyalarının təsirindən narahatdır.

Fevralın 24-də RTS indeksi 20.16 faiz ucuzlaşıb.

Bazara müdaxilə başlanır

Rubl isə valyuta bazarlarında 9 faizdən çox dəyər itirib. Rusiyanın mərkəzi bankı bazarları “sabitləşdirmək” üçün müdaxiləyə başlayıb.

“Maliyyə bazarında vəziyyəti sabitləşdirmək üçün Rusiya Bankı xarici valyuta bazarına müdaxiləyə başlamaq qərarına gəlib”, – mərkəzi bankın bəyanatında deyilir.

Bəyanatda deyilir ki, bank bütün gərəkən alətlərdən istifadə etməklə maliyyə sabitliyini, maliyyə qurumlarının fəaliyyətinin davamlılığını təmin edəcək. Digər maliyyə qurumlarının “istənilən ssenariyə qarşı aydın fəaliyyət planları var”, bəyanatda vurğulanır.

Fevralın 24-də dünya birjalarında da kəskin eniş qeydə alınıb.

Neft, qızıl, yen bahalanır

Neftin barelinin qiyməti 100 dolları keçib. Bu, 2014-cü ilin sentyabrından bəri ən yüksək həddir. Qərbin sanksiyalarının Rusiyadan neft ixracına təsir edəcəyi düşünülür.

Qlobal qeyri-müəyyənlikləri zamanı təhlükəsiz yığım sayılan qızılın qiyməti və Yaponiya yeninin məzənnəsi kəskin qalıb.

“Rusiya/Ukrayna gərginliyi Avropa üçün tələbatda mümkün şok, Rusiya və Ukraynanın enerji, kənd təsərrüfatı və başqa xammal məhsulları istehsalındakı rolunu nəzərə alaraq, dünyanın qalan hissəsi üçün böyük təchizat şoku deməkdir”, – “National Australia Bank”dan Tapas Striklənd “Frans Pres”ə deyib.

“BNY Mellon Investment Management”in təmsilçisi Leyl Akoner isə qlobal qeyri-müəyyənliklər fonunda təlatümlərin bir neçə ay qalacağını söyləyib.

XS
SM
MD
LG