Keçid linkləri

2024, 19 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 22:10

Ukrayna Pravoslav Kilsəsi Putinə: ‘Qardaş qırğınını dayandırın’


Vladimir Putin mitropolit Onufrini Dostluq ordeni ilə təltif edərkən İ(Arxiv fotosu)
Vladimir Putin mitropolit Onufrini Dostluq ordeni ilə təltif edərkən İ(Arxiv fotosu)

Müraciətində deyilir ki, Rus və Ukrayna xalqları arasında müharibə “öz qardaşı Habili paxıllıq zəminində öldürmüş Qabilin günahının təkrar olunması deməkdir

Moskva Patriarxlığının tabeçiliyində olan Ukrayna Pravoslav Kilsəsinin başçısı – mitropolit Onufri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Ukrayna möminlərinə və vətəndaşlarına müraciət edib.

O baş verənləri “bəla” adlandırıb, Ukrayna, onun ordusu və xalqına dualar etməyə çağırıb:

"Bu faciəli vaxtda torpağımızı və xalqımızı müdafiə edən və onun keşiyində dayanan döyüşçülərimizə xüsusi sevgi və dəstəyimizi bildiririrk”.

Onufri habelə Rusiya prezidenti Vladimir Putindən “qardaş qırğını olan bu müharibənin dərhal dayandırılmasını” rica edib.

Onun müraciətində deyilir ki, Rus və Ukrayna xalqları arasında müharibə “öz qardaşı Habili paxıllıq zəminində öldürmüş Qabilin günahının təkrar olunması deməkdir və belə müharibə nə Allah, nə də insanlar üçün məqbuldur”.

Moskva Patriarxlığının Ukrayna Pravoslav Kilsəsi Ukraynada fəaliyyət göstərən ən böyük pravoslav icmasıdır.

Ukraynanın ikinci pravoslav kilsəsi 2019-ci ildə Konstantinopol (İstanbul) patriarxlığından müstəqillik alıb və Rus Pravioslav Kilsəsinə tabe deyil. Bu kilsə pravoslav kilsələrin təxminən yarısı tərəfindən tanınır.

XS
SM
MD
LG