Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 16:16

ABŞ və Rusiya diplomatları arasında söz atışması olub


ATƏT-in Xarici İşlər nazirlərinin toplantısında ABŞ və Rusiya diplomatları arasında söz atışması olub. Birləşmiş Ştatların Dövlət katibinin siyasi işlər üzrə müavini Nikolas Börns Rusiyanı Moldova və Gürcüstandan qoşunlarını çıxarmağı başa çatdırmağa çağırıb. Börnsün sözlərinə görə, separatçı rejimlər qıraqdan dəstək aldıqca, bu iki ölkədə sabitlik olmayacaq. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov isə bu ideyanı primitiv adlandıraraq, ATƏT-i keçmiş sovet respublikalarındakı münaqişələri siyasiləşdirilmiş yolla həll etməyə çalışmaqda və birtərəflilikdə günahlandırıb.


ATƏT-in hazırkı sədri, Belçikanın Xarici İşlər naziri Karel De Quxt isə belə deyib: «Donmuş münaqişələrin həllində, xüsusən Dağlıq Qarabağ problemində bəzi irəliləyişlər var. ATƏT həmçinin bu yaxınlarda Rusiya ilə Gürcüstan arasındakı gərginliyi azaltmaqla öz faydalılığını göstərdi. Amma fakt budur ki, vəziyyət daha çox dalana dirənmiş haldadır».


Karel De Quxt münaqişələrin həllinin təkcə Brüsseldə axtarılmalı olmadığını deyərək, tərəfləri dayandırılmış danışıqları davam etdirməyə çağırıb.


XS
SM
MD
LG