Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:48

'Putin dəyişib'


Vladimir Putin
Vladimir Putin

Putinin səsləndirdiyi bəzi fikirlər onun rasionallığı sarıdan narahatlığı gücləndirib

Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə sərhədə qoşun cəmlədiyi dönəmdə, müharibənin ilk günlərində sözləri və hərəkətləri xoşagəlməz, amma getdikcə qaçılmaz bir sualın tez-tez səslənməsinə səbəb olub: O, rasionalmı davranır?

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Stiv Quterman Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən, Ukraynanın şərqində müharibəni alovlandırmasından sonra müxalifətçi Boris Nemtsovun dediklərini yada salır. O, Putinin mental tarazlığının pozulduğunu iddia edirdi.


“Bu faciədir”

Rusiyanın Ukraynaya təcavüzünə qarşı çıxan Nemtsov 2015-ci ilin fevralında Kremlin yaxınlığında güllələndi.

Müəllif yazır ki, təcavüzün özü belə rasionallıqla bağlı sual yaradır. Çoxları Putinin qərarlarını emosiya və faktların yanlış təfsiri əsasında verdiyini, bunun gərəksiz qan axıdılmasına səbəb olduğunu düşünür.

“Onun reallıqdan gerçəkdən ayrı düşdüyü aydındır. Bu faciədir”, – Rusiya üzrə ekspert Mark Galeotti Putin Ukraynaya təcavüzə başlayandan az sonra yazırdı.

Şəxsi məsələni dövlətdən üstün tutmaq

Putin uzun müddət praqmatik, soyuq yanaşma əsasında hərəkət edən biri kimi görünüb.

Ancaq təcavüz və müharibə artıq bunun əksini göstərir. Sovetlərin iflasından 30 il sonra onun Ukraynaya nəzarətə ələ almağa fokuslanması görünür, onun öz ölkəsinin rifahını unutmasına səbəb olub.

“İndilik, bir məsələ aydındır: Putin şəxsi vəsvəsəsini Rusiyanın maraqlarından üstün tutub”, – Avropa Xarici Əlaqələr Şurasının aparıcı əməkdaşı Kadri Liik fevralın 25-də yazırdı.

Xalqını rusiyalılarla “bir” adlandırdığı ölkəyə qarşı Putinin böyük hərbi hücuma başlaması qərarı irrasionallığın yüksəldiyini göstərir, müəllif yazır.

Rasional hərəkət, amma...

Digər mümkün izah odur ki, Putin bu hücuma öz məqsədlərinə çatmağın ən yaxşı yolu kimi baxa bilərdi. Yəni, o, rasional hərəkət edir, amma bir sıra saxta iddialar, inanclar və təxminlər əsasında.

Putin illərdir Ukraynanı Moskvanın nəzarətinə almaq arzusunu dilə gətirir. O hələ ötən yazda işğal planını işə salıb, Ukrayna ilə sərhədə qoşun cəmləməyə başlayıb, payızda sayı artırıb.

Birləşmiş Ştatlar hücumla bağlı xəbərdarlıq etsələr də, Putini illərdir müşahidə edənlər onun geri çəkiləcəyini düşünürdülər.

Amma Putin fevralın 21-də çıxışında bir daha saxta iddianı dilə gətirdi, Ukrayna hökumətinin Donbasda “soyqırımı” törətdiyini deyib. 2014-cü ildə Krımı ilhaq edən Putin Donbasdakı separatçıları dəstəkləyib. O, fevralın 22-də onların yaratdıqları separatçı qurumları tanıdı və iki gün sonra Ukraynaya qarşı irimiqyaslı hücuma başladı.

O vaxtdan Putinin səsləndirdiyi bəzi fikirlər onun rasionallığı sarıdan narahatlığı gücləndirib. Məsələn, o, fevralın 25-də, təcavüzün ikinci günü Ukrayna Prezidenti Volodimir Zelenski hökumətini “narkomanlar” və “neo-nasistlər” adlandırıb. O, Ukrayna ordusunu hakimiyyəti ələ keçirməyə çağırıb.

“O dəyişib”

Putini öyrənən, yaxud onunla şəxsən təmasda olmuş şəxslər onun son sözləri və hərəkətlərində kəskin dəyişiklik baş verdiyini deyirlər.

“30 ildən çoxdur Putinə baxır, onu dinləyirəm. O dəyişib. Reallıqdan tam təcrid olunmuş kimi səslənir. Səfeh kimi səslənir”, – 2012-2014-cü illərdə ABŞ-ın Rusiyada səfiri olmuş, Stenford Universitetinin professor Maykl Makfol fevralın 26-da tvitində yazıb.

Hətta 2014-c ildə Krımı tutandan, digər hərəkətlərindən sonra belə, “Putin həmişə mənə həddən artıq praqmatik lider kimi görünüb”, – bunu isə Kreml üzrə ekspert, R.Politik təhlil mərkəzinin təsisçisi Tatyana Stanovaya fevralın 25-də “The Guardian” qəzetinə deyib.

“İndi isə o, Ukraynaya qarşı müharibəyə başlayıb və bu qərarın məntiqi ancaq emosiyaya bağlıdır, rasional deyil”, – o, sözlərinə əlavə edib.

Kəşfiyyat məlumatı?

ABŞ-ın Florida ştatından respublikaçı senator, Senatın kəşfiyyat komitəsinin sədr müavini Marko Rubio fevralın 26-da tvitində yazıb ki, Putinin əqli durumu haqda ABŞ kəşfiyyat agentliklərindən məxfi informasiya əldə edib.

“Daha çox məlumat paylaşmaq istərdim. Amma indilik onu deyə bilərəm ki, Putində nəyinsə çatmadığı çoxlarına aydındır”, – o yazıb.

Putinin rasionallığı haqda suallara yol açan bir məsələ də onun COVID-19 pandemiyaslndan dolayı əsasən məhdud sayda hərbi müşaviri ilə məsləhətləşmə aparmasıdır.

Bu isə qərarların məhdud, natamam, qeyri-dəqiq, yaxud yaxın müttəfiqlərinin süzgəcindən keçirilmiş informasiyalar əsasında verilə biləcəyi deməkdir.

Bu yaxın çevrədən kənarda isə ikiüzlü məmurlar, deputatlar, propaqanda aparan dövlət mediası dayanır. Bu yanlış çevrə də prezidentin Ukrayna ilə bağlı qərarlarına təsir göstərə bilər.

Şərhçi: 'İlham Əliyev gördü ki, vəziyyət dəyişir...'
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Yalan

Bir çox müşahidəçiləri Rusiyanın hərbi kampaniyasının Putinin planlaşdırdığından daha ləng getdiyini deyirlər. Ukraynaya vurulan Rusiya texnikası, öldürülən, yaxud əsir götürülən əsgərlər bu təəssüratı gücləndirir.

Müəllif yazır ki, dəqiq informasiyanın olmaması, dövlət mediası və parlamentdəki dəstək qrupları Putinin Ukraynadakı vəziyyəti dəqiq qiymətləndirməsinə, təcavüzü effektiv planlaşdırmasına təsir göstərə bilərdi.

“Dəli gerçəkdən psixoloji və mənəvi üstünlük qazanacağından əmin ola bilərdi”, – ABŞ-dakı Kennan İnstitutu təhlil mərkəzinin dərc etdiyi “Russia File” adlı bloqun baş redaktoru Maksim Trudolyubov fevralın 27-də Facebook-da yazırdı.

Putin “bu üstünlüyün bütünlükdə özünün televiziya kanalları tərəfindən uydurulduğunu anlamaq istəmədi. İllərdir onun televiziyası və mətbuatının bircə müştərisi və bircə real tamaşaçısı var – özü. Onu öz yalanları zəhərləyib”, – Trudolyubov yazıb.

XS
SM
MD
LG