Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:22
 Ukrayna, Irpin şəhəri, 5 mart 2022
Ukrayna, Irpin şəhəri, 5 mart 2022

İşğalın 11-cu günü -1,3 milyon qaçqın və Rusiyada baş qaldıran etirazlar

Rusiyanın Ukraynaya hücumunun 8-ci günü haqda burada oxu

Zelenski deyir Rusiya mülki əhalinin bombalanmasını əvvəlcədən planlaşdırıb

Volodimir Zelenski, Kiyev, 5 mart 2022
Volodimir Zelenski, Kiyev, 5 mart 2022

Martın 6-da etdiyi videomüraciətində Zelenski Ukraynada şəhərlərin və mülki əhalinin bombalanmasının Rusiya tərəfindən əvvəlcədən planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, bunu əsir düşən əsgərlərdəki sənədlər, planlar və xəritələr sübut edir. Zelenski rusiyalılara müraciət edib:

"İndi sussanız, sizin adınıza sonra ancaq yoxsulluğunuz danışacaq. Buna ancaq repressiya cavab verəcək. Susmayın".

Ukrayna prezidenti rus qoşunlarının Odessanı bombalamağa hazırlaşdığını da bildirib. "Bu, hərbi və tarixi cinayət olacaq", - Zelenski bildirib.

Həkimlər xəstəxanın zirzəmisində işləmək məcburiyyətindədirlər

Ukraynalı həkimlər uşaqları xəstəxananın zirzəmisində xilas edirlər. Məlumata görə, balaca xəstələr arasında döyüş zamanı yaralananlar da var.

BMT nümayəndəsi: Bu 2-ci Dünya Müharibəsindən sonra ən sürətlə artan qaçqın böhranıdır

Rusiya qoşunlarının hərbi müdaxiləsi başlayandan bəri Ukraynanı bir milyon yarımdan çox insan tərk edib.

Belə bir məlumatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi “Twitter” səhifəsində yayıb:

“Ukraynadan 1,5 milyondan çox qaçqın 10 gün ərzində qonşu ölkələrə keçib ki, bu, İkinci Dünya Müharibəsindən bəri Avropada ən sürətlə böyüyən qaçqın böhranıdır. ” -deyə o bildirib.

Səhiyyə naziri: Ukraynada 34 xəstəxana yarasız hala düşüb

Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib ki, atəş nəticəsində Ukraynada 34 xəstəxana yararsız vəziyyətə düşüb.

Nazirin sözlərinə görə, Dünya Səhiyyə Təşkilatı artıq öz saytında xəstəxanalara hücumları qeydə alan Cenevrə Konvensiyasının pozulması ilə bağlı hesabatlar yerləşdirib.

Daha sonra bu məlumatlar beynəlxalq məhkəmələrə veriləcək.

Davamı

XS
SM
MD
LG