Dekabrın ortalarında Amerikanın Dövlət katibinin müavinin insan haqları, demokratiya və əmək məsələləriylə məşğul olan köməkçisi Barri Louinkrounun Azərbaycana səfəri gözlənilir. ABŞ səfirliyindən verilən məlumata görə, daha əvvəl noyabrın 27-28-nə planlaşdırılan səfər Azərbaycan rəhbərliyinin iş qrafiki üzündən təxirə salınmışdı.