Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:04
Rusiya tankları Kiyevə doğru irəliləyir
Rusiya tankları Kiyevə doğru irəliləyir

Müharibənin 13-cü günü. Zelenskinin partiyası müqavilə təklif edir

Rusiyanın Ukraynaya hücumunun 12-ci günü haqda burada oxu

Zelenskinin partiyası müqavilə təklif edir

Ukraynanın hakim partiyası – “Xalqın xidmətçisi” bildirib ki, ölkənin təhlükəsizlik qarantiyaları üçün müqaviləyə ehtiyac var.

Partiya bildirib ki, ABŞ, Türkiyə və Ukraynanın başqa qonşuları bu müqavilənin qarantı ola bilərdilər.

Partiya hesab etdiyini bildirib ki, Ukraynanın yaxın 15 ildə NATO üzvlüyü perspektivinin olmadığı bir şəraitdə belə bir müqavilə ölkənin təhlükəsizliyinə zəmanət verərdi.

Təklifdə qeyd edilir ki, Ukrayna özünün Krım və Donbas da daxil heç bir ərazisindən imtina etməyəcək.

Partiya hesab edir ki, sözü gedən müqavilə 1994-cü il Budapeşt memorandumunu əvəz edə bilər.

Həmin memorandum əsasında Ukrayna özünün nüvə arsenalından imtina edib, Rusiya, Britaniya və ABŞ isə bunun əvəzində ona ərazi bütövlüyünün pozulmazlığını vəd ediblər.

Moskva isə Kiyevdən Krımdan imtinadan başqa, qondarma DXR və LXR-in tanınmasını tələb edir.

Rusiyadan Azərbaycana uçuşlar niyə dayanıb?

Yüzlərlə Rusiya təyyarəsi müsadirə edilə bilər - Bakıya uçuşların niyə dayanması da aydınlaşır.

Rusiyadan Azərbaycana uçuşlar niyə dayanıb?
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00

Yanukoviç Zelenskiyə müraciət edir

Ukraynanın keçmiş prezidenti, 2014-cü ildə Kiyevdə kütləvi etirazlardan sonra Rusiyaya qaçmış Viktor Yanukoviç Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib. O, Zelenskini "nəyin bahasına olursa-olsun" Ukraynada qan tökülməsini dayandırmağa, Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb. Ətraflı

Azərbaycanın Kiyevdəki diplomatları Lvova köçüblər

Ukraynanın paytaxtı Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan diplomatları bu ölkənin Lvov şəhərinə köçüblər: "Müvəqqəti olaraq Lvov şəhərində fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək". Ətraflı

Davamı

XS
SM
MD
LG