Yanukoviç Zelenskiyə müraciət edir
Ukraynanın keçmiş prezidenti, 2014-cü ildə Kiyevdə kütləvi etirazlardan sonra Rusiyaya qaçmış Viktor Yanukoviç Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciət edib. O, Zelenskini "nəyin bahasına olursa-olsun" Ukraynada qan tökülməsini dayandırmağa, Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb. Ətraflı
Rusiyadan Azərbaycana uçuşlar niyə dayanıb?
Yüzlərlə Rusiya təyyarəsi müsadirə edilə bilər - Bakıya uçuşların niyə dayanması da aydınlaşır.
Zelenskinin partiyası müqavilə təklif edir
Ukraynanın hakim partiyası – “Xalqın xidmətçisi” bildirib ki, ölkənin təhlükəsizlik qarantiyaları üçün müqaviləyə ehtiyac var.
Partiya bildirib ki, ABŞ, Türkiyə və Ukraynanın başqa qonşuları bu müqavilənin qarantı ola bilərdilər.
Partiya hesab etdiyini bildirib ki, Ukraynanın yaxın 15 ildə NATO üzvlüyü perspektivinin olmadığı bir şəraitdə belə bir müqavilə ölkənin təhlükəsizliyinə zəmanət verərdi.
Təklifdə qeyd edilir ki, Ukrayna özünün Krım və Donbas da daxil heç bir ərazisindən imtina etməyəcək.
Partiya hesab edir ki, sözü gedən müqavilə 1994-cü il Budapeşt memorandumunu əvəz edə bilər.
Həmin memorandum əsasında Ukrayna özünün nüvə arsenalından imtina edib, Rusiya, Britaniya və ABŞ isə bunun əvəzində ona ərazi bütövlüyünün pozulmazlığını vəd ediblər.
Moskva isə Kiyevdən Krımdan imtinadan başqa, qondarma DXR və LXR-in tanınmasını tələb edir.