Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:05

Bekamlar Ukraynaya 1 milyon funt yardım göstərdilər


Deyvid və Viktoriya Bekamlar
Deyvid və Viktoriya Bekamlar

BMT 1.7 milyondan çox ukraynalının - əsasən, qadınlar, uşaqlar və yaşlıların ölkədən qaçdığını bildirir.

Britaniyada Deyvid və Viktoriya Bekamlar Ukrayna xalqına təcili yardım olaraq 1 milyon funt sterlinq köçürdüklərini deyiblər.

46 yaşlı keçmiş futbol ulduzu bu pulun onun öz fondundan UNICEF-ə köçürülməsinə göstəriş verib.

The Daily Mail yazır ki, bu barədə məlumatı Deyvidin özü Instagram hesabından verib:

“Mən də hamı kimi Ukraynada baş verənləri dəhşət və gözlərimə inanmadan seyr edirəm. Analar uşaqları ilə birlikdə qaçmağa məcburdurlar. Ailələr ayrı düşür. Yataqlarından gecə vaxtı qaldırılan uşaqlar qaçqına çevrilir. Mən sülh şəraitində, ailəm yanımda olaraq çarəsizlikdə üzləşdikdə nələr çəkildiyini bilirəm”.

Deyvid Beklam başqalarını da Ukrayna xalqına əlindən gələn köməyi göstərməyə çağırıb.

Sumıdan avtobuslar çıxıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “ABCNews” telekanalına müsahibəsində “həyatları qorumaq” üçün Ukrayna səmasını bağlamağa çağırıb, bu məsələni Prezident Co Bayden qarşısında qaldırdığını bildirib.

Baydenin Ukraynaya kömək üçün “daha çox iş görə biləcəyini” söyləyib.

Birləşmiş Ştatlar və NATO Ukrayna səmasını bağlamağın Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olacağını deyirlər.

Zelenski Putini və Ukrayna torpağına təcavüz etmiş Rusiya ordusunu “hərbi cinayətkarlar” adlandırıb.

O, Amerika xalqına müraciətində Ukraynanın azadlıq uğrunda savaşını dəstəkləməyə çağırıb.

***

Qaçqınlarla dolu avtobuslar Ukraynanın şərqindəki Sumi şəhərindən çıxmağa başlayıblar. Region qubernatoru Dmitro Jivitski martın 8-də videobəyanatında ilk avtobusların Sumidən çıxdığını bildirib. Bu şəhər Rusiya ilə sərhədin 50 km-də yerləşir.

Ukrayna silahlı qüvvələrinin komandiri, General Valeri Zalujni Kiyev üzərində Rusiya təyyarəsinin vurulduğunu bildirib. O, paytaxt yaxınlığında hava döyüşlərində Rusiyanın ikinci təyyarəsinin də vurulduğunu deyib.

Cənubdakı Mariupol şəhəri üçün razılaşdırılmış humanitar dəhliz isə Rusiya qüvvələri tərəfindən atəşə tutulub. Məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb.

Ukraynada müharibə Orta Asiya ölkələrinə ciddi ziyan vurub
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

Müharibənin 13-cü günü Kiyev yaxınlığındakı İrpindən də sakinlər çıxmaqdadır. Onlar ötən gecə atışmanın xeyli intensiv olduğunu deyirlər.

Digər dəhlizlərin taleyi bəlli deyil. Əgər ukraynalılara Rusiyaya, yaxud Belarusa getmək təklif olunarsa, Ukraynanın bu dəhlizlərdən istifadə edib-etməyəcəyi bilinmir.

Bu arada BMT Rusiya işğalı nəticəsində Ukraynanı 2 milyondan çox adamın tərk etdiyini açıqlayıb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Grandi deyib ki, müqayisə üçün, Bosniya və Kosovodakı Balkan müharibələrində “2, ya 3 milyon qaçqın yaranmışdı, amma bu da səkkiz il ərzində baş vermişdi”.

Mühasirədə olan şəhərlərdə isə əhalinin ərzağı, suyu, dərmanı tükənmək üzrədir.

***

Yanukoviç Zelenskiyə müraciət edir

Ukraynanın keçmiş prezidenti, 2014-cü ildə Kiyevdə kütləvi etirazlardan sonra Rusiyaya qaçmış Viktor Yanukoviç Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib. O, Zelenskini, “nəyin bahasına olursa-olsun” Ukraynada qan tökülməsini dayandırmağa, Rusiya ilə sülh razılaşması əldə etməyə çağırıb.

Müraciətin mətnini Rusiyanın RİA Novosti agentliyi yayıb. Ukraynada vətənə xəyanətdə ittiham olunmuş Yanukoviç deyib ki, Zelenskiyə “prezident kimi, hətta bir az da ata kimi” müraciət etmək istəyir. Yanukoviç yazır ki, 2014-cü ilin Maydan hadisələrindən sonra özünü və hakimiyyətini “qurban” verib, ölkədə irimiqyaslı qan tökülməsini önləmək istəyib. O indi Zelenskini belə etməyə çağırır.

Zelenski, hələlik, bu bəyanata münasibət açıqlamayıb.

Yanukoviç Rusiyaya qaçandan bir müddət sonra Moskva onu Ukraynanın qanuni prezidenti kimi tanıyırdı, amma sonradan Moskva Kiyevdəki yeni hakimiyyəti tanıdı.

Yanukoviç bir neçə gün heç bir siyasi bəyanat vermirdi. Bir müddət öncə yayılmış məlumata görə, onun təyyarəsi Minskə enib. Kremlpərəst media və Telegram kanalları isə Rusiyanın ondan müharibədə istifadə edəcəyi haqda fikirlər səsləndirib.

***

Rusiya ilə “humanitar dəhliz” razılaşmasına uyğun olaraq martın 8-də Ukraynanın mühasirədə olan Sumi şəhərini dinc sakinlər tərk etməyə başlayıb. Açıqlamanı Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk verib.

“İlk karvanın saat 10-da Sumi şəhərindən çıxacağı razılaşdırılıb. Yerli əhali şəxsi maşınlarla karvanın arxasınca gedəcək”, – Vereşçuk televiziya ilə bəyanatında deyib.

Yüzlərlə Rusiya təyyarəsi müsadirə edilə bilər - Bakıya uçuşların niyə dayanması da aydınlaşır
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Kiyevdən 359 km şərqdə, Rusiya sərhədi yaxınlığında yerləşən Sumi Rusiyanın intensiv bombardmanı altındadır. Ukrayna xilasetmə xidmətlərinin martın 8-də verdiyi xəbərə görə, iki uşaq daxil olmaqla azı 9 nəfər şəhərə raket zərbəsində həlak olub.

Sumi regional administrasiyasının başçısı Dmitro Jivitski martın 8-də səhər Facebook-da yerləşdirdiyi bəyanatda qeyd edir ki, “Rusiya ordusu ilə qeyri-bərabər döyüşdə” dörd Ukrayna əsgəri həlak olub.

***

Rusiya Ukraynanın Kiyev daxil bir neçə şəhərindən dinc sakinlərin evakuasiyası üçün martın 8-də humanitar dəhlizlər açacağını bildirib. Ukrayna bu plana alqışlasa da, hələlik, skeptik yanaşır. Çünki indiyədək Moskva yalnız Rusiyaya və müttəfiqi Belarusa evakuasiyalar təşkil edib.

Ötən gün tərəflərin danışıqlarının üçüncü raundunda təhlükəsiz dəhlizlərin açılmasıyla bağlı böyük irəliləyiş əldə olunmayıb.

Eyni marşrutlar

Rusiya Müdafiə Nazirliyi Moskva vaxtıyla səhər 10-dan dəhlizlərin açılacağını bildirib. Rusiya humanitar dəhlizlərə görə “sükut rejimi” elan edir.

Kiyev, Mariupol, Xarkov və Sumidən evakuasiya marşrutları yenə də Belarus, yaxud Rusiyaya istiqamətlənib. Ukrayna daha öncə bu təklifi rədd eləyib.

Mariupol şəhərində 200 min nəfərin, 430 min nəfər əhalinin yarısının getmək istədiyi bildirilir.

Ukrayna ordusunun martın 7-də bildirdiyinə görə, Rusiyanın hücumunu səngidə biliblər. “Düşmənin hücum əməliyyatı aparmasına baxmayaraq, qoşunların irəliləmə tempi nəzərəçarpacaq dərəcədə azalıb”, – məlumatda deyilir.

Silahlı Qüvvələrin Baş Qərargahı martın 8-də səhər Ukrayna qüvvələrinin ölkənin cənubunda, şərqində və şimalında mövqelərini müdafiə etdiyini, Kiyevin, şimaldakı Çerniqov şəhərlərinin Ukraynanın əlində olduğunu bildirib.

Bu bəyanatları müstəqil təsdiqlətmək mümkün olmayıb.

1.7 milyondan çox qaçqın

BMT-nin humanitar məsələlər üzrə başçısı Martin Qriffis martın 7-də Təhlükəsizlik Şurasının iclasında insanlara “seçdikləri istiqamətə” getmək üçün təhlükəsiz çıxış yaratmağa çağırıb.

Qriffis deyir ki, Moskvaya göndərilən komanda humanitar yardımın çatdırılmasını gücləndirmək üçün Rusiya ordusu ilə koordinasiya işi aparacaq. O, BMT və tərəfdaşlarının yüzminlərlə insana ərzaq çatdırdığını söyləyib.

BMT Rusiyanın fevralın 24-də başlatdığı işğaldan sonra 1.7 milyondan çox ukraynalının, əsasən qadınlar, uşaqlar və yaşlıların ölkədənə qaçdıığını bildirir.

1.2 milyondan çox qaçqının qonşu Polşaya keçdiyi xəbər verilir. Polşa sərhəd xidmətinin martın 8-də bildirdiyinə görə, bir gün öncə bu ölkəyə 141 min 500 nəfər keçib.

XS
SM
MD
LG