Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:21

Yeni şirkət Türkiyəyə ixrac olunan neft və təbii qazın satışıyla məşğul olacaq


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə səfəri çərçivəsində qaz və neft ixracı sahəsində ixtisaslaşacaq «SOCAR & Turccas Energy A.Ş.»in yaradılması qərara alınıb. Yeni yaradılacaq şirkət Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərləri vasitəsi ilə Türkiyəyə ixrac olunan neft və təbii qazın satılmasıyla məşğul olacaq. Şirkətdə Azərbaycan tərəfinin payı 51, Türkiyənin «TürkQazPetrol» müəssisəsinin payı isə 49 faiz olacaq.


XS
SM
MD
LG