Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:18

ABŞ hökuməti: Rusiya hərbi cinayətlər törədib


Entoni Blinken
Entoni Blinken

Entoni Blinken martın 23-də ilk dəfə olaraq “Rusiya Qüvvələrinin Ukraynadakı Hərbi Cinayətləri” adlı hökumət qiymətləndirməsini rəsmən bəyan edib

ABŞ hökuməti müəyyən edib ki, Rusiya qüvvələri Ukrayna ərazisinə müdaxilənin gedişində müharibə cinayətləri törədiblər.

Bu barədə martın 23-də ABŞ dövlət katibi Entoni Blinken bəyanat verib:

“Bugün mən hazırda olan informasiyaya istinadən bəyan edirəm ki, ABŞ hökumətinin qiymətləndirməsinə görə Rusiya qüvvələrinin üzvləri Ukraynada hərbi cinayətlər törədib. Bizim qiymətləndirməmiz ictimaiyyətdən və kəşfiyyat mənbələrindən alınmış məlumatların diqqətlə nəzərdən keçirilməsinə əsaslanır. İddia edilən hər hansı cinayət kimi bu cinayətlərin də spesifik epizodlarını müəyyənləşdirmək ədalət məhkəməsinin yurisdiksiyasındadır”.

Haaqada mənzillənmiş Beynəlxalq IƏdalət Məhkəməsi spesifik olaraq hərbi cinayətləri araşdırır.

ABŞ prezidenti Co Bayden martın 16-da jurnalistlərin suallarına cavab verərkən Vladimir Putini “hərbi cani” adlandlrmış, Kremlin qəzəbli reaksiyasına səbəb olmuşdu.

ABŞ hərbiyyəsi də martın 21-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müharibə cinayəti adlandırıb.

Avropa və Ukrayna rəsmiləri də Rusiya və Putin barədə bəyanatlarında bunu ifadə edirlər.

Stoltenberq: Rusiya məsuliyyətsiz nüvə ritorikasına son qoymalıdır
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

“Və başqa vəhşiliklər”

Elə Blinklenin özü də bundan əvvəl Rusiyanın Ukraynadakı hücumlarını “hərbi cinayət” adlandırmışdı.

Lakin o martın 23-də ilk dəfə olaraq “Rusiya Qüvvələrinin Ukraynadakı Hərbi Cinayətləri” adlı hökumət qiymətləndirməsini rəsmən bəyan edib:

“Rusiya prezidenti Vladimir Putin bu səbəbsiz və ədalətsiz özbaşına müharibəni başlamaqla Ukrayna boyu ölüm və dağıntılara yol açan aramsız zorakılığa rəvac verib”.

Bəyanatda daha sonra deyilir:

“Biz mülkilərə qarşı nizamsız və bilərəkdən hücumlara və başqa vəhşiliklərə dair çox sayda etibarlı məlumatlar əldə etmişik. Rusiya qüvvələri yaşayış binalarını, məktəbləri, xəstəxanaları, həyati infrastrukturu, fərdi avtomobilləri, ticarət mərkəzlərini və təcili tibbi yardın ambulanslarını dağıtmaqla minlərlə günahsız mülkiləri öldürüb və yaralayıb”.

XS
SM
MD
LG