Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:06

'Avropada rublun nəyə oxşadığını bilən yoxdur'


İllüstrativ foto
İllüstrativ foto

“Biz sanksiyalarımızdan yayınmağa imkan verməyəcəyik... enerjidən bizə qarşı şantaj kimi istifadə edilməsinin vaxtı bitib”

Avropa İttifaqının (Aİ) bir sıra liderləri Rusiyanın “qeyri-dost” ölkələrə qazı və nefti rublla satmaqla bağlı tələbinə rişxənd edib, bunu kontraktın pozulması adlandırıb.

Rusiya Prezidenti Vladimir Putin martın 23-də bildirib ki, Moskva daha ödənişləri dollar, yaxud avroyla qəbul etməyəcək. O, Ukraynaya hücuma görə sanksiya tətbiq etmiş ölkələrin valyutalarını “etibardan düşmüş” adlandırıb.

Putin ölkə adı çəkməsə də, bu siyasətin Britaniya, Kanada, Yaponiya, İsveçrə, Ukrayna, Birləşmiş Ştatlar və Avropa İttifaqı üzvlərini hədəfə aldığı anlaşılır.

“Sanksiyalarımızdan yayınmağa imkan verməyəcəyik”

“Bu, birtərəfli qərar, kontraktın pozulması və sanksiyalardan yayınmaq cəhdi olar”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen martın 24-də Aİ-nin Brüssel sammitində deyib.

“Biz sanksiyalarımızdan yayınmağa imkan verməyəcəyik... enerjidən bizə qarşı şantaj kimi istifadə edilməsinin vaxtı bitib”, – o, sözlərinə əlavə edib.

Rusiyanın fevralın 24-də Ukraynanı işğal etməsi sanksiyalara səbəb olub, beynəlxalq ictimaiyyət bu addımı qınayıb.

Sanksiyalar Rusiya rublunu kəskin ucuzlaşdırıb, Rusiya beynəlxalq pul transferlərindən çıxarılıb, xaricdəki valyuta ehtiyatları dondurulub.

Putin əməliyyatların rubla keçirilməsi üçün hökumətə və mərkəzi banka bir həftə vaxt verib. Gazprom isə kontraktlara müvafiq dəyişikliklər etməlidir.

Günə 200 milyon- 800 milyon avroluq qaz

Avropanın ümumi qaz istehlakının 40 faizə yaxını Rusiyadan gedir. Bu il Aİ Rusiyadan gündə 200 milyon- 800 milyon avroluq qaz alıb.

“Bu, kontraktın pozulmasıdır”, – İtaliyanın Baş naziri Mario Draqi deyib.

Sloveniyanın Baş naziri Janesz Jansa isə jurnalistlərə belə söyləyib: “Məncə, Avropada heç kəs rublun nəyə oxşadığını bilmir, heç kəs rublla ödəniş edən deyil”.

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Ukraynanın Xarici işlər naziri Dmıtro Kuleba Moskvanın tələblərini “alçaldıcı” adlandırıb, bu addımın təsir göstərə biləcəyi ölkələri geri çəkilməməyə çağırıb.

“Aİ üzvlərindən hansısa biri Putinin neft və qaz üçün rublla ödəniş etmək kimi alçaldıcı tələblərinə boyun əysə, bir əllə Ukraynaya yardım edərək digər əllə rusiyalıların ukraynalıları öldürməsinə kömək etmiş olacaq. Aidiyyəti ölkələri müdrik və məsuliyyətli qərar verməyə çağırıram”, – o, tvitində yazıb.

XS
SM
MD
LG