Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:05

Ukrayna Moskvanı dinc sakinləri Rusiyaya deportasiya etməkdə suçlayır


Mariupolda Rusiya əsgəri, 23 mart, 2022-ci il
Mariupolda Rusiya əsgəri, 23 mart, 2022-ci il

Ukrayna Xarici İşlər Nazirliyi köçürülənlər arasında Mariupolun 6 min sakininin olduğunu bildirir

Ukraynanın ombudsmanı Lyudmila Denisova Moskvanı dağıdılan şəhərlərdən yüzminlərlə dinc sakini zorla Rusiyaya aparmaqda suçlayır, məqsədin Kiyevə təslim olmaq üçün təzyiq göstərmək olduğunu deyir.

Denisova martın 25-də bildirib ki, 84 min uşaq olmaqla 402 min nəfər öz iradəsi əleyhinə Rusiyaya aparılıb, onlardan Ukraynaya təslim olmaqdan ötrü təzyiq göstərmək üçün “girov” kimi istifadə edilə bilər.

400 min nəfər

Kreml də köçürülənlərin sayını sayını təxminən eyni göstərir, amma onların Rusiyaya getmək istədiyini iddia edir. Ukraynanın şərqində separatçıların nəzarətində olan regionlarda əsasən rusdillilər yaşayır, bəziləri Moskvayla əlaqələrin sıxlaşması tərəfdarıdır.

Rusiyalı general polkovnik Mixail Mizintsev deyib ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan evakuasiya edilmiş 400 minədək insan əsasən şərqi Donetsk və Luqansk regionlarından olublar. Son səkkiz ildə bu regionlarda moskvapərəst separatçılar hökumət qüvvələri ilə müharibə aparıb.

Rusiya hakimiyyəti köçürülənlərə qalmağa yer, pul verdiyini bildirir.

“Filtrasiya düşərgələri”

Donetsk regionunun qubernatoru Pavlo Kirilenko isə deyib ki, “adamları zorla təcavüzkar ölkənin ərazisinə aparırlar”. Denisovanın sözlərinə görə, Rusiya əsgərlərinin köçürdükləri arasında Mariupoldan 92 yaşlı qadın olub, onu zorla Rusiyanın cənubundakı Taqanroqa aparıblar.

Ukrayna rəsmiləri iddia edirlər ki, rusiyalılar köçürülən şəxslərin pasportlarını alaraq əvvəlcə onları Ukraynada separatçıların nəzarətində olan ərazidə “filtrasiya düşərgələrinə”, sonra isə Rusiyanın uzaq, iqtisadi vəziyyət yaxşı olmayan regionlarına göndərirlər.

Ukrayna Xarici İşlər Nazirliyi köçürülənlər arasında Mariupolun 6 min sakininin olduğunu bildirir. Mariupol ölkənin şərqində Rusiya qüvvələrinin mühasirəsindədir. Məlumata görə, işğalçı əsgərlər Mariupolun Rusiyanın nəzarətində olan hissəsində daha 15 min nəfərin şəxsiyyət sənədlərini müsadirə edib.

XS
SM
MD
LG