Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 10:19

Rusiya Çinə yuanla kömür və neft satacaq


Rubl
Rubl

Rusiya Çinə yuanla kömür və neft satacaq. “Bloomberg” iki ölkənin beynəlxalq sanksiyalara rəğmən enerji ticarətini saxlamağa çalışdığını yazır. Rusiyanın Ukraynanı səbəbsiz işğal etməsi Qərb ölkələrinin sərt sanksiyalarına səbəb olub.

Çinin bir sıra şirkətləri martda Rusiya kömürü üçün yuanla ödəniş ediblər və ilk yük bu ay Çinə getməlidir. Treyderlərin sözlərinə görə, bu, yuanla alınan ilk xammal olacaq.

ABŞ və Avropa Rusiyanın bir sıra bankını beynəlxalq maliyyə sistemindən kənarlaşdırıb.

Asiyanın ən böyük iqtisadiyyatına Rusiya neftini də yuanla almaq təklif olunub və artıq ilk karqo mayda müstəqil emalçılara çatdırılacaq.

“Bloomberq” yazır ki, Moskva Hindistanın neft alıcılarına rupi-rubl ödəniş sistemi təklif edib. Bu arada Səudiyyə Ərəbistanı neftinin bir hissəsini Çinə yuanla satmaq üçün danışıqlar aparır.

Artıq Rusiya rublu müharibədən öncəki səviyyəyə qayıdır. Martın əvvəlində dollara qarşı 140-a düşən rublun məzənnəsi indi 80 civarındadır.

XS
SM
MD
LG