Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:18

Azərbaycanda qeyri-neft sektorunda ixrac necə artıb?


Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı fermer bunları bilməlidir
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

Rusiya bazarına məhsul ixrac edən azərbaycanlı fermer bunları bilməlidir

2022-ci ilin ilk rübündə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 727.2 milyon (ümumi 8 milyard) ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu sektor üzrə ixrac 225.6 milyon dollar və ya 45 faiz artıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın aprel sayında yazılıb. Qeyd olunub ki, mart ayı üzrə də qeyri-neft sektorunda ixrac təqribən 56 faizə yaxın artıb.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il qeyd edilən sektor üzrə ixracda Rusiya 32.3 faizlə üstün yer tutub.

Bəs Rusiyanın Ukraynaya təcavüzü və ona sanksiyaların genişləndirildiyi bir vaxtda Azərbaycanın qeyri-neft məhsullarının ixracında artım necə baş verib?

Göyçayda etiraz edən fermerlər nə tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:05:10 0:00

"Kauçuk və plastmas böyük paya malikdir"

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Turan"a bildirilib ki, bu artım özü çox yaxşı göstəricidir: "Ötən ilin bu ayları koronavirus pandemiyasının bitmə ayları hesab olunurdu və məşğulluğun artması, dövlət xərclərin daha da artması, beynəlxalq zəncirlərdə baş verən qırılmaların yenidən bərpası iqtisadiyyatda canlanmanı özündə formalaşdırdı. Amma bu il canlanma daha yüksəkdir".

Qurumdan qeyd olunub ki, Azərbaycanın qeyri-neft sektorunda xüsusilə kimya sənayesi, ondan hazırlanan məhsullar, həmçinin kauçuk və plastmas böyük paya malikdir: "Ötən ilin eyni dövrü ilə müqayisədə həmin məhsulların ixracı 10 dəfə artıb…".

Mərkəzdən bildirilib ki, meyvə-tərəvəz ixracında da 28.5 faizlik artım var.

N.Cəfərli
N.Cəfərli

"Neftdən hazırlanan elə məhsullar var ki…"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda indi neft sektoru anlayışı çox dar çərçivəyə salınıb: "Ancaq xam neft, neft məhsullarını və təbii qazı o anlayışa saldılar. Neftdən hazırlanan elə məhsullar var ki, onları qeyri-neft sektoruna aid edirlər. Dünya Bankının isə ölkələr üzrə icmallarında həmin məhsullar "enerjidaşıyıcıların törəmə sektoru" adlandırılır və klassik anlamda qeyri-neft sektoru sayılmır".

Onun sözlərinə görə, qeyri-neft ixracatında da neftin və qazın emalından əldə edilən ikinci, üçüncü dərəcəli məhsullar kifayət qədər populyarlıq qazanıb: "Əsasən də gübrələr və kompozit materiallar. Çünki Rusiyaya və Belarusa qarşı sanksiyalarda bu ölkələrin gübrə və kompozit materiallar sektoruna ciddi zərbə dəydi. Azərbaycanın Avropaya ixrac etdiyi gübrə və kompozit materialların həcmi artır".

Azərbaycan özünü Rusiyaya qarşı sanksiyaların hədəfinə çevirə bilər
Gözlə

No media source currently available

0:00 0:04:45 0:00

N.Cəfərlinin fikrincə, Azərbaycanda ənənəvi olmayan qeyri-neft sektorunun ixracatı yaranıb. İqtisadçının əlavə etməsinə görə, sanksiyalarla bağlı Rusiya tərəfindən müəyyən axsamalar olsa da, o ölkənin bazarlarına gedən məhsullarda ciddi dəyişiklik yoxdur: "Keçən ilin rəqəmlərini götürsək, ildə təqribən 800-900 milyon dollara yaxın məbləğdə klassik anlamda qeyri-neft sektorunun ixracı baş verib. Bu il də təqribən bu qədər gözlənilir. Klassik anlamda qeyri-neft sektorunun ümumi ixracatda payı isə cəmi 20 faizə yaxındır".

XS
SM
MD
LG