Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:17

Sülhməramlılar Ermənistan deputatlarını Qarabağa buraxmayıblar


Bakı ilə Yerevan arasında birbaşa telefon zəngi – amerikalı keçmiş diplomat durumu şərh edir
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Ermənistan Milli Məclisinin müxalifətdən olan deputatları aprelin 12-də bir neçə günlüyə Qarabağa yola düşəcəklərini demişdilər

Ermənistanın Xarici İşlər Nazirliyi Rusiya sülhməramlı kontingentinin ölkə parlamenti deputatlarının bir qrupunu Qarabağa buraxmaması ilə bağlı narahatlığını ifadə edib.

Nazirliyin 12 aprel tarixli bəyanatında deyilir ki, bu hərəkət 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının şərtlərinə ziddir.

Qeyd olunur ki, bu bəyanat Laçın dəhlizi ilə Ermənistan və Qarabağ arasında maneəsiz hərəkəti nəzrdə tutur.

***

Rusiya sülhməramlıları Ermənistan Milli Məclisinin müxalifətdən olan deputatlarını Qarabağa buraxmayıblar.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bu barədə məlumatı aprelin 12-də Hayastan müxalifət fraksiyasından millət vəkili Geğam Manukyan verib.

Onun sözlərinə görə Rusiya sülhməramlıları müxalif Hayastan və “Şərəfim var” fraksiyalarından olan deputatları Qarabağa buraxmamalarının səbəbini bildirməyiblər.

Hayastan və “Şərəfim var” fraksiyalarının rəhbərləri Ermənistanın keçmiş qarabağlı prezidentləri Robert KoçaryanSerj Sarkisyandır.

Manukyan Azatutyuna müsahibəsində deyib:

“Rusiya sülhməramlıları sadəcə olaraq bizim ora daxil olmağımızı qadağan etdilər. Halbuki onlara xüsusi siyahı əvvəlcədən verilmişdi. Lakin biz hələ Rusiya sülhməramlılarına çatmamış, yolda Tuğ kəndindəki erməni postunda daha bir fövqəladə hal müşahidə etdik. Orada bütün deputatların şəxsi məlumatlarını – pasport məlumatlarını, doğum tarixini dəqiqləşdirdilər. Belə düşünürəm ki, bu hansı deputatların Artsaxa (Qarabağ-red) getməsinin müəyyən edilməsi üçün idi. Tezliklə elə eyni məlumatları Rusiya sülhməramlıları da yoxladılar. Onlar hətta atalarımızın adlarını da bilirdilər. Axırda dedilər ki, bizə giriş qadağandır”.

Fərrux yüksəkliklərinin strateji əhəmiyyəti nədir?
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

“Bugün deputatları buraxmırlarsa...”

Geğam Manukyanın dediiynə görə, beş fraksiyadan olan deputatlar Laçın rayonunun Zabux kəndindəki postda bir neçə saat gözləməli olublar. Buradan separatçıların başçıları ilə əlaqa saxlayıblar:

“Biz Artsaxın (Qarabağ – red) təcrid olunmasına, ermənilərin Artsaxdan (Qarabağ-red) çıxarılmasına qarşı mübarizə əzmində olduğumuzu bir daha təsdiq etdik. Amma bütün bu faktların müqayisəsi göstərir ki, bu insident təsadüfən baş verməyib. Ermənistanın bugünkü hökuməti və Nikol Paşinyanın sadəcə olaraq Əliyevlə bu ərazidə hərəkətin məhdudlaşdırılmasına dair gizli razılaşması var. Əgər bugün deputatların girişinə icazə verilməyibsə, sabah konkret siyasətçiyə, adi şəxslərə və minlərlə həmvətənimizə Artsax (Qarabağ-red) respublikasına giriş qadağan oluna bilər”.

Ermənistan Milli Məclisinin müxalifətdən olan deputatları aprelin 12-də parlamentin iclasını boykot etmiş, bir neçə günlüyə Qarabağa yola düşəcəklərini demişdilər.

Bakıda rusiyalı sülhməramlılara etiraz
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00

Onlar Qarabağa gedəcəklərini demişdilər...

Ermənistan parlamentindəki “Ayastan” və “Şərəfim var” müxalifət fraksiyaları bu həftə qanunverici orqanının iclaslarına qatılmayacaqlarını, Dağlıq Qarabağa gələcəklərini bildiriblər.

“Ayastan” fraksiyasının başçısı Seyran Ohanyan aprelin 12-də parlamentin iclası başlayanda bu haqda açıqlama verib.

Ohanyan deyib ki, Ermənistanın Müstəqillik bəyannaməsindəki ərazi bütövlüyü, suverenliklə bağlı müddəalar onlar üçün müzakirə mövzusu deyil. Onun sözlərinə görə, münaqişənin Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan istənilən tənzimləmə variantı qəbuledilməzdir.

Sülh sazişi adı altında...

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

Aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakıyla keçirilən görüşdə tərəflər arasında sülh sazişinin hazırlanması üçün işin başlanması, sərhədlərin delimitasiyası üzrə birgə komissiyanın yaradılması üzrə razılıq əldə olunub. Aprelin 11-də iki ölkənin xarici işlər nazirlərinin birbaşa telefon söhbətində bu məsələləri müzakirə etdiyi bildirilir.

Seyran Ohanyan isə Ermənistan hakimiyyətini daxili və xarici problemləri həll edə bilməməkdə ittiham edib, hər şeyin “Azərbaycan-Türkiyə gündəmi” üzrə getdiyini vurğulayıb. Ohanyan Ermənistanın ərazi bütövlüyünə, Qarabağa təhdid yarandığını iddia edib. “Sülh sazişi adı altında xalqımızı yeni güzəştlərə, yeni məğlubiyyətlərə, yeni alçalmalara hazırlayırlar”, – müxalifət fraksiyasının lideri bildirib.

Separatçıların bayrağı parlamentin tribunasında

O, Qarabağa və Ermənistanın sərhəd rayonlarına gedərək sakinlərlə birbaşa ünsiyyət quracaqlarını söyləyib. O, “Artsax Respublikasının bayrağını” qorumağa çağırıb, daha sonra Dağlıq Qarabağdakı qondarma rejimin bayrağını tribunaya bərkidib.

Bundan sonra müxalifət deputatları zalı tərk ediblər.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasından deputat Vaqarşak Akopyan isə müxalifəti vəziyyəti bilməməkdə ittiham edib. “Artsax bayrağının parlamentin tribunasında qaldırılmaqla Artsaxı müdafiə etmədiklərini anlamayan, 20-30 il hakimiyyətdə olmuş adamlar hələ də Artsaxı necə müdafiə etmək gərəkdiyini bilmirlər, ucuz siyasi dividend qazanmağa çalışırlar. Onlar indi Artsaxa gedirlər, Artsax Respublikası və Ermənistan Respublikası vətəndaşlarına təhlükə yaradırlar”, – deputat vurğulayıb.

Yerevandakı təhlilçilər Rusiyanın təsirindən çıxmağın zamanı çatdığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:03:44 0:00

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycan Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonunun işğal edildiyini açıqlamışdı.

XS
SM
MD
LG