Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:06

Mariupol yaxınlığında böyük məzarlığın aşkar olunduğu xəbər verilir


Aprelin 9-da Manquş üzərindən çəkilmiş foto
Aprelin 9-da Manquş üzərindən çəkilmiş foto

Bundan əvvəl Mariupolun meri Vadim Boyçenko Manquş yaxınlığında “qardaşlıq məzarının” olduğunu bildirmişdi

Peykdən çəkilmiş fotolarda Ukraynanın Mariupol şəhərinin 20 kilometrliyində Rusiya qüvvələrinin işğalında olan Manquş kəndində 300 metr uzunluğunda kütləvi məzarlıq aşkar edilib.

Bu barədə məlumatı AzadlıqRadiosu Ukrayna xidmətinin “Sxemı” layihəsi verib.

Layihənin jurnalistləri kütləvi məzarlıq olduğu ehtimal olunan məkanın peyk fotolarını əldə ediblər.

Bundan əvvəl Mariupolun meri Vadim Boyçenko Manquş yaxınlığında “qardaşlıq məzarının” olduğunu bildirmişdi.

O demişdi ki, “mariupolluların meyitlərini yük maşınlarında məhz bura gətirirdilər”.

Peyk fotoları habelə məzarlığın təxminən martın sonlarında yarandığını göstərir.

Martın 23-də çəkilmiş fotolarda bu məzarlıq yoxdur, lakin 29 martda çəkilmiş fotolarda artıq 300 metr uzunluğunda yenicə qazılmış səngər görünür.

Fotolara, ehtimalən bu məzarlığı qazan texnika da düşüb.

23 və 29 martda çəkilmiş fotolar
23 və 29 martda çəkilmiş fotolar

Aprelin 9-da peykdən çəkilmiş fotolarda yarğanın bir az da uzandığı və bir hissəsinin torpaqlandığı görünür.

Mariupol merinin müşaviri Pyotr Andryuşşenko “Sxemı” jurnalistlərinə deyib ki, Rusiya əsgərləri sakinlərin meyitlərini şəhərin sənaye zonasından gətirirlər. Həmin zonada böyük soyuducular var.

Jurnalistlər xatırladırlar ki, Buçada tapılmış məzarlığın uzunluğu 14 metr idi və oradan 70 meyit tapılmışdı. Manquş yaxınlığındakı məzarlığın uzunluğu isə 300 metrdən çoxdur.

Buça və Manquş məzarlıqlarının müqayisəsinə imkan verən fotolar
Buça və Manquş məzarlıqlarının müqayisəsinə imkan verən fotolar

Putinin mərhəməti, yoxsa gücsüzlüyü?

Rusiya qoşunları və qondarma DXR-in əsgərləri Mariupolu martın əvvəllərindən mühasirəyə alıblar.

Burada qızğın küçə döyüşləri gedir. Şəhərin əksər hissəsi işğalçıların nəzarətinə keçib.

Mariupolda habelə 1500-3000 arası Ukrayna əsgərlərinin olduğu da təxmin edilir.

Bunlar əsasən 36-cı dəniz piyadaları briqadasının “Azov” alayının üzvləridirlər.

Ukrayna baş nazirinin müavini İrina Vereşşukun verdiyi məlumata görə şəhərdə habelə 120 minədək sakin qalıb.

Aprelin 21-də Rusiya prezidenti Vladimir Putin Mariupolun sənaye zonası – Azovstal zavodunun ərazisinə hücumu dayandırıb.

Burada mühasirədə qalan Azov alayı müqaviməti davam etdirir.

Putin izah edib ki, o hücumu dayandırmaqla Rusiya əsgər və zabitləri arasında itkilərin qarşısını almaq istəyir.

Lakin Ukrayna hərbiyyəsi Rusiya qoşunlarının sadəcə olaraq bu hücumu həyata keçirmək iqtidarında olmadığını bildirir.

XS
SM
MD
LG