Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 20:19

Dnestryanıda iki radio antenanın vurulduğu deyilir


Tiraspol
Tiraspol

Separatçı regionun 200 mindən çox sakininin Rusiya vətəndaşlığı var

Kreml Rusiyanın Dnestryanıda baş verənləri yaxından izlədiyini bldirib.

Kremlin sözçüsü Dmitri Peskov aprelin 26-da deyib ki, regiondan gələn xəbərlər ciddi narahatlıq mənbəyidir.

Separatçı regiondakı partlayışlara görə məsuliyyəti götürən olmayıb.

Azərbaycanın ruspərəstləri: Rusiyanın Ukraynaya hücumuna haqq qazandırırlar
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00

Dnestryanı bölgəsində terror səviyyəsi “qırmızı”ya qaldırılıb. “RIA Novosti” xəbər verir ki, “Dnestryanı hakimiyyəti” üç “terakt”la bağlı məlumat yayıb. Məlumatda Tiraspolda dövlət təhlükəsizliyi nazirliyi binasının, Parkanidə hərbi hissənin, Mayak qəsəbəsində teleradio qülləsinin ziyan gördüyü bildirilir.

***

Separatçı Dnestryanıda partlayışlardan sonra Moldova Prezidenti Maya Sandu ölkənin Ali Təhlükəsizlik Şurasının iclasını çağırıb. Onun yerli vaxtla günorta saat 3-də mətbuat konfransı keçirəcəyi gözlənir.

Moldovanın separatçı Dnestryanı regionunda iki radio antenası partlayış nəticəsində sıradan çıxarılıb. Məlumatı Moskvanın dəstəklədiyi rejimin “daxili işlər nazirliyi” aprelin 26-da açıqlayıb.

Aprelin 26-da səhər tezdən Qriqoriopol rayonundakı Mayak kəndində iki partlayış baş verdiyi, partlayışlardan sonra iki radio antenasının sıradan çıxdığı bildirilir.

Məlumatda xəsarət alan olmadığı vurğulanır.

İnformasiyanı müstəqil təsdiqlətmək mümkün olmayıb.

“Bəhanə yaratmaq”

Aprelin 25-də isə regionun ən böyük şəhəri olan Tiraspolda “Dövlət Təhlükəsizlik Nazirliyi”ndə partlayış baş verdiyi, binanın üst mərtəbələrinə ziyan dəydiyi haqda məlumat yayılıb.

Moldovanın Reinteqrasiya Siyasəti İdarəsi bildirib ki, aprelin 25-də baş vermiş insident “konstitusion hakimiyyət tərəfindən idarə olunmayan Dnestryanı bölgəsində təhlükəsizlik vəziyyətinin gərginləşməsi bəhanəsi yaratmaqla” bağlıdır.

Ukrayna isə bu hücumu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) təşkil etdiyi provokasiya adlandırıb, yeni hücumları istisna etməyib.

Moldovanın əsas hissəsi ilə Ukrayna arasında yerləşən Dnestryanı 1990-cı ildə müstəqillik elan edib.

Rusiyanın hədəfi

1992-ci ildə Moldova ilə Dnestryanı qısamüddətli müharibə aparıb. Rusiya qüvvələri separatçılar tərəfdən müdaxilə edərək müharibəni dayandırıb. Münaqişədə minədək adam öldürülüb.

Hazırda Rusiyanın Dnestryanıda 1400-dək əsgəri var, regionda yerləşən nəhəng sovet dövrü silah deposuna nəzarət edir.

Separatçı regionun 200 mindən çox sakininin Rusiya vətəndaşlığı var.

Dnestryanıda partlayışlar Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda baş verir. Rusiya hərbçiləri Dnestrayı sərhədinə çıxmağı Ukraynada hərbi əməliyyatın hədəflərindən hesab edir. Onların iddiasına görə, bu regionda da “rusdilli əhalisinin sıxışdırılması faktları qeydə alınır”. Aprelin 22-də Rusiya Mərkəzi Hərbi Dairəsinin komandiri vəzifəsini icra edən Rüstəm Minnekayev deyib ki, Rusiya qüvvələrinin məqsədi Ukraynanın cənubunu tam nəzarət almaqdır, çünki bu, Dnestryanıya quru dəhlizin açılması deməkdir.

2022-ci il yanvarın sonunda regiondakı separatçılar Dnestrin sol sahilində Rusiya hərbçiləri ilə birlikdə təlim keçirmişdilər.

Martın əvvəlində isə separatçı hakimiyyət Moldovanı onların müstəqilliyini tanımağa çağırmışdı.

XS
SM
MD
LG