Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 04:59

ABŞ Lend-Liz qanunu qəbul etdi, Bayden Ukraynaya 33 milyard dollar istədi


Prezident Co Bayden
Prezident Co Bayden

Bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynadakı vəziyyətə qarışarsa, “ildırımsürətli zərbələrlə” hədələmişdi

Konqres Ukrayna üçün Lend-Liz qanununu qəbul etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası aprelin 28-də əksər səs çoxluğu ilə Ukrayna üçün lend-liz qanununu qəbul edib.

Bu qanun Ukraynaya ABŞ silahlarının verilməsi prosesini son dərəcə sadələşdirməlidir.

Qanun habelə Rusiya ilə müharibədə olan Ukraynaya ABŞ-ın hərbi və humanitar yardım yüklərinin fasiləsiz axınına şərait yaradacaq.

Sözü gedən qanunun leyhinə 417, əleyhinə isə cəmi 10 millət vəkili səs verib.

Senat sözü gedən qanun layihəsini bundan əvvəl qəbul etmişdi. İndi qanunun prezident Co Bayden tərəfindən imzalanması tələb olunur.

Qanunda ABŞ-ın 2023-cü ilədək Ukraynaya və Şərqi Avropanın başqa ölkələrinə silah və sursat göndərməsini nəzərdə tutur.

Qanun Ukraynadan aldığı silahlar üçün əvvəlcədən ödəniş etməsini tələb etmir. Əslində lend-liz (lend-lease) ifadəsinin özü “icarə-kirayə” kimi tərcümə olunur.

Xəbər verilir ki, bu qanun Ukraynanın ABŞ-dan ən müasir silahlar almasına yol açır.

Buna baxmayaraq veriləcək silahların siyahısı daha sonra müəyyənləşdiriləcək.

Bundan əvvəl lend-liz qanunu tarixdə bircə dəfə - II Dünya Müharibəsi zamanı qəbul olunub.

O qanun Hitler Almaniyasına qarşı döyüşən Britaniya və ovaxtkı Sovet İttifaqına hərbi və humanitar yardımın göstərilməsini nəzərdə tuturdu.

Bayden Konqresdən Ukrayna üçün 33 milyard dollar istədi

Prezident Co Bayden aprelin 28-də Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya dəstək məqsədilə 33 milyard dollar ayrılması üçün Konqresə müraciət edib.

Reuters agentliyi yazır ki, bu, ABŞ-ın Ukraynaya yardımında dramatik artım ola bilər.

Bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin Qərbi Ukraynadakı vəziyyətə qarışarsa, “ildırımsürətli zərbələrlə” hədələmişdi.

ABŞ prezidenti həm də Rusiya oliqarxlarının sanksiyalardan yayınmaq üçün istifadə etdikləri bütün kanalları bağlamalı olan yeni qanun layihəsini elan edib.

Bu da xəbər verilir ki, sözü gedən 33 milyard dolların 20 milyard dolları Ukraynaya silah, sursat və başqa hərbi yardımın göstərilməsi üçün nəzərdə tutulur.

8.5 milyard dollar Ukraynaya birbaşa iqtisadi dəstəyə, 3 milyardı isə Ukraynanın humanitar və ərzaq təhlükəsizliyinə xərclənməlidir.

Aprelin 28-də Ağ Evdə çıxış edən Bayden deyib:

"Bizə bu qanun Ukraynaya onun azadlıq uğrunda döyüşündə dəstək vermək üçün lazımdır. Bu döyüşün qiyməti ucuz deyil, amma təcavüzdən qorxub çəkinmək daha bahalı olardı”.

Rusiyanın vurduğu ziyanı onun özünə ödətmək

Bayden habelə Ukraynaya bu müharibədə maliyyə dəstəyinin göstərilməsi üçün Rusiya oliqarxlarına aid pulların müsadirəsini istəyir.

Onun Konqresə verdiyi təklif qəbul olunarsa, administrasiyaya bu sahədə yeni səlahiyyətlər veriləcək. Hökumət bu səlahiyyətlərdən istifadə etməklə oliqarxların aktivlərini müsadirə edə və əldə olunan vəsait Ukraynaya verilə bilər.

Ağ Evin təklifində habelə Rusiyaya qarşı sanksiyalardan yayınmanın cinayət əməli hesab olunması nəzərdə tutulur.

Tədbirlərə həmçinin mafiyaya qarşı qəbul olunmuş Reketçi və Korrupsiyalı Təşkilatlar Qanunundan (Racketeer Influenced and Corrupt Organizations (RICO) Act ) ABŞ Ədliyyə Naziriliyinin sanksiyalardan yayınanlara qarşı istifadə etməsinə icazə verilməsi daxildir.

Bayden habelə prokurorlara belə cinayət işlərinin araşdırılması üçün verilən müddətin 5 ildən 10 ilədək uzadılmasını təklif edir.

Bu isə o deməkdir çirkli pulların yuyulması və korrupsiya kimi ittihamlar daha uzun müddətdə qüvvədə olacaq.

NATO Ukraynaya müasir silahlar verməyə hazırlaşır
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Oliqarxların dondurulmuş aktivlərini müsadirə etmək

Bayden habelə Rusiya ilə korrupsiyalı biznesdən pul qazanmağın cinayət əməli edilməsini istəyir.

Reuters yazır ki, bütün bu tədbirlərdən məqsəd Ukraynaya səbəbsiz və əsassız təcavüz etmiş Rusiyanın cəzalandırılmasıdır.

Bu da xəbər verilir ki, Ukrayna üçün istənən məbləğ bununla bağlı xərcləri sentyabradək ödəyə bilməlidir.

ABŞ-ın indiyədək Ukraynaya göstərdiyi təkcə hərbi yardım 3 milyard dolları keçib.

Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri indiyədək Rusiya prezidenti Vladimir Putinə bağlı zəngin fərdlərin daşınmaz əmlak, yaxta və helikopterlər də daxil, ümumilikdə 30 milyard dollarlıq sərvətini dondurub.

ABŞ Konqresindəki hər iki partiya Ukraynaya dəstək verilməsinə tərəfdardır.

Aprelin 27-də Nümayəndələr Palatası Baydeni Rusiya oliqarxlarının dondurulmuş aktivlərini satmağa çağıran rəmzi qanun qəbul edib.

XS
SM
MD
LG