Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:29

'Azı beş jurnalist, sayt rəhbəri, bloqer həbsdədir'


Ölkədə mətbuat azadlığı "çox ağır" hesab olunub
Ölkədə mətbuat azadlığı "çox ağır" hesab olunub

Mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günüdür. Son illər Azərbaycan söz və mətbuat azadlığı üzrə müxtəlif reytinqlərdə aşağı yerlərdə qərarlaşır. Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) mayın 3-də Dünya Mətbuat Azadlığı İndeksini açıqlayıb. Azərbaycan mətbuat azadlığına görə 180 ölkə içində 154-cü yerdə qərarlaşıb. Ölkədə mətbuat azadlığı "çox ağır" hesab olunub. Ötən il 167-ci olmuş Azərbaycan reytinqdə 13 pillə irəliləyib.

Azərbaycanın qonşularından və keçmiş SSRİ respublikalarından Ermənistan 51-ci pillədədir, ötən ildən (63) 12 pillə irəliləyib. 2021-ci ildə 60-cı olmuş Gürcüstan isə 29 pillə geriləyərək 89-cu yeri tutub.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin isə "Turan"a deməsinə görə, təqdirəlayiq haldır ki, müasir müstəqil Azərbaycan söz və mətbuat azadlığının inkişaf səviyyəsində Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında ən qabaqcıl yerlərdən birini tutur: "Eyni zamanda, bu gün Azərbaycanın adı internetin azad olduğu ölkələr sırasındadır. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, mətbuatımız bu reallıqlara sahib olmaq üçün çətin, eyni zamanda, şərəfli yol keçib. Azərbaycanda media üçün yaradılan şəraitə, bəlkə də, heç dünyanın inkişaf etmiş ölkələrində belə rast gəlmək mümkün deyil".

V.Rəhimzadə
V.Rəhimzadə

Azərbaycan dövlətinin, cəmiyyətinin mətbuatdan gözləntilərinə də diqqət yönəldən baş redaktor deyib: "Bu gözləntilər ondan ibarətdir ki, milli informasiya təhlükəsizliyi qorunsun, dövlətin, xalqın maraqları daim öndə dayansın, peşə etikasına riayət edilsin, media jurnalistikanın obyektivlik, qərəzsizlik kimi təməl prinsiplərini daim fəaliyyətində əsas götürsün. Gözləntilər sırasında milli ruhun, vətənpərvərliyin təbliği də əsas yer tutur. Yeni qanunda bu gözləntilərin həyata keçirilməsinə yönələn mexanizmlər daha təkmil formada öz əksini tapıb".

"İlkin layihəsi artıq hazırlanıb"

Medianın İnkişafı Agentliyindən də "Turan"a deyilib ki, ötən ilin sonu qəbul edilən yeni "Media haqqında" qanunda nəzərdə tutulan media reyestrinin qaydası, jurnalist vəsiqəsinin və media reyestri şəhadətnaməsinin formasının ilkin layihəsi artıq hazırlanıb: "Aidiyyəti üzrə işçi qaydada müvafiq qurumlarla müzakirələr aparılır. Düşünürük ki, media reyestrinin müəyyən edilən müddətdə formalaşdırılıb həyata keçirilməsinə nail olunacaq".

X.Ağalıyev
X.Ağalıyev

"Nə maliyyə var, nə də…"

Media məsələləri üzrə ekspert Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, əvvəlki illərdə azad medianın qarşılaşdığı təməl problemlər olduğu kimi qalır: "Media onu ayaqda saxlaya biləcək maliyyə mənbələrinə malik deyil. Onu qoruya biləcək hüquqi mexanizmlər yoxdur və ya işləmir".

O qeyd edib ki, bir çox media ekspertlərinin, hüquqşünasların rəyləri yeni qanunun qəbulu prosesində nəzərə alınmayıb: "Beynəlxalq quruluşlar da qanunun beynəlxalq ölçülərə uymadığını, jurnalistlərin işinə çətinliklər yaratmaq potensialını qeyd etsələr də, qanun imzalandı və qüvvəyə mindi".

X.Ağalıyevin fikrincə, indi nəzərə çarpan odur ki, medianın onsuz da ciddi problemli olan özünütənzimləmə institutu tamamilə sıradan çıxır, bundan imtina olunur: "Media ilə bağlı bütün düzənləmələr dövlətin yaratdığı, formalaşdırdığı, rəhbər təyin etdiyi qurumların icraatına verilir. Bu qurumlar etik məsələlərdən tutmuş, redaksiya siyasətinə bilavasitə təsir edən mexanizmlərə qədər hamısını özləri yaratmağa, onları tətbiq etməyə başlayıblar".

Masallıda 'soyuq müharibə': Jurnalisti niyə tutdurmaq istəyirlər
Gözlə

No media source currently available

0:00 0:05:30 0:00

İnsidentlərin sayında artım

Son bir ildə jurnalist və media işçiləri ilə bağlı insidentlərin sayında ciddi dəyişiklik nəzərə çarpmadığını vurğulayan ekspert deyib: "2020-ci ildə belə insidentlərin sayı 194 idi, 2021-ci ildə 203 insident qeydə alınıb. Bu sıraya jurnalistlərin peşə fəaliyyətinə müdaxilələrdən tutmuş, kiberhücumlara qədər bütün olaylar daxildir. 2021-ci ildə hüquq-mühafizə orqanları jurnalistlərə qarşı basqı edənlərdən heç kimi məsuliyyətə cəlb etməyiblər".

Hüquqşünasın hesablamasına görə, hazırda azı beş jurnalist, sayt rəhbəri, bloqer həbsdədir. Bunlar xeberman.com-un rəhbəri Polad Aslanov, azel.tv-in redaktoru Əfqan Sadıqov, yukselis.info-nun rəhbəri Elçin Məmməd, nia.az-ın redaktoru Bəhruz Əliyev və bloqer Aslan Qurbanovdur. Onlar xarici xüsusi xidmət orqanlarına casusluqda, dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə, hədə yolu ilə tələb etmədə və başqa cinayətlərdə təqsirli sayılıblar. Amma onların özləri ittihamları məhkəmələrdə böyük ölçüdə qəbul etməyiblər. Rəsmilər isə bəyan edirlər ki, Azərbaycanda heç bir jurnalist sırf peşə fəaliyyətinə görə həbs olunmayıb.

Xatırlatma

1993-cü il dekabrın 20-də BMT Baş Assambleyasının qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.

XS
SM
MD
LG