Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:43

Ukrayna Avropaya gedən Rusiya qazının üçdə birini dayandırır


Ukrayna tərəfi bunu Luqansk vilayətindəki qaz kompressor stansiyalarından birinin separatçıların nəzarətinə keçməsi ilə əsaslandırıb

Ukraynanın qazın nəqli üzrə operatoru OGTS bildirib ki, Ukraynadan tranzitlə Avropaya gedən qazın həcmi mayın 11-dən üçdə bir qədər azaldılacaq.

Ukrayna tərəfi bunu Luqansk vilayətindəki qaz kompressor stansiyalarından birinin separatçıların nəzarətinə keçməsi ilə əsaslandırıb.

Kiyev bildirib ki, Rusiyanın Gazprom şirkətinə qazın tranzit axınını başqa istiqamətdən yönəltməsi təklif olunub.

Ukrayna qaz tranzitinin dayandırılmasının məsuliyyətini Rusiya tərəfinin daşıdığını bildirib.

Ukrayna bildirir ki, operator Novopskov kompressor stansiyasında operativ nəzarəti həyata keçirmək imkanında deyil.

Ukrayna operatoru qeyd edir ki, Rusiyanın texnoloji proseslərə müdaxiləsi və qazın icazəsiz “götürülməsi” Ukraynanın bütün qaz nəqliyyatı işinin təhlükəsizlyiini hədə altında qoyub.

Azərbaycan Bolqarıstana əlavə qaz verə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:04:23 0:00

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki...

OGTS habelə mayın 11-dən Luqansk vilayətindəki Soxranovka qazpaylayıcı stansiyasından qazın nəqlinin dayandırılacağını bildirib.

Ukrayna operatoru vəziyyəti “fors major” adlandırıb.

Ukrauyna operatoru deyib ki, qazın Avropaya nəqlinin davam etdirilməsi üçün “çatışmayan həcmlərin” Soxranovkadan müvəqqəti olaraq Suca qovşağına ötürülməsi mümkündür. Bu qovşaq Ukrayna qüvvələrinin nəzarətindədir.

Ukrayna tərəfi bəyan edir ki, hərbi əməliyyatlara görə qazın nəqlinin dayana biləcəyinə dair Gazprom şirkətinə dəfələrlə xəbərdarlıq edilib.

Gazprom-un nümayəndəsi bildirib ki, şirkət fors-major vəziyyətinin olmasına dair Ukraynadan heç bir bildiriş almayıb.

Nümayəndə deyib ki, qaz nəqlinin əvvəlki rejimdə işləməsinə heç bir maneə görmür, lakin qaz axının Suca qovşağına transferi mümkün deyil.

Mayın 10-da Rusiyanın Müdafiə Nazirliyi bildirmişdi ki, separatçılar və Rusiya ordusu Luqansk vilayətindəki Popasnaya şəhəri yaxınlığında Ukrayna qüvvələrinin müqavimətini yara bilib.

XS
SM
MD
LG